Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil Nazirliyinin saytı unikal giriş sayına görə birincidir


 

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) 2020-ci ildə dövlət orqanları üzrə ən çox istifadəçi müraciəti qeydə alınan rəsmi internet resurslarının siyahısını açıqlayıb. 

Aparılan təhlillərə görə, Təhsil Nazirliyinin rəsmi internet saytı ən çox müraciət olunan internet resursları sırasındadır. Nazirliyin rəsmi internet saytı toplam giriş sayına görə ilk onluğun ikinci, unikal giriş sayına görə isə birinci pilləsində yer alıb.

Qeyd edək ki, ötən ildə nazirliyin rəsmi internet saytına ümumi baxış sayı 1 933 680 nəfər təşkil edib. Ölkələr üzrə baxış sayına görə ilk onluqda ABŞ, Almaniya, Niderland, Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri yer alır.


Tarix: 5-01-2021, 17:00

Xəbəri paylaş