Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-100: Uğurlu təcrübə keçən tələbələr işlə təmin olunur


Sentyabrın 8-də Bioloji Təbabət Kilinikasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. ADNSU-nun Cihazqayırma mühəndisliyi kafedrasının Biotibbi texnologiyalar mühəndisliyi ixtisasının tələbələri - Qasımova Nazənin, Abbasov Murad, Qasımlı Afiq, Məmmədov Tunar və Fərziyev Əmrah bu il iyul ayının 26-dan avqustun 25-nə qədər Bioloji Təbabət Klinikasında gündəlik kliniki təcrübə keçiblər. Onlar keçdikləri kiliniki təcrübə zamanı dərslərdə aldıqları nəzəri biliklərin praktiki olaraq tətbiq etmə metodlarını öyrəniblər. Tələbələr Kliniki laboratoriya təhlillərinin hansı cihazlarda və hansı metodlarla aparılmasından başlayaraq plazmoferez, fizioterapiya aparatlarının bütün növləri, oftalmologiya, rentgen, KT, ensefoloqrafiya şöbələrində təcrübə keçməklə bilik və bacarıqlarını artırıblar. Bioloji Təbabət Kilinikasının təsisçisi Elxan Yaqubov Azİİ-nin məzunu kimi tələbələrimizin təcrübə keçməsinə xüsusi diqqət göstərib və klinikada onların tibbi-texnoloji biliklər qazanması və praktiki biliklərinin formalaşması üçün geniş imkan yaradıb.
Nəticə olaraq bu gün Bioloji Təbabət Kilinikasında ADNSU-nun əməkdaşlarının klinikanın rəhbərliyi və həkimlərinin iştirakı ilə keçirilən mükafatlandırılma zamanı ADNSU-nun 5 tələbəsinə setifikat verilib, 1 tələbənin isə təcrübədən sonra işlə təmin olunuduğu diqqətə çatdırılıb. Eyni zamanda digər təcrübə keçən tələbələrə də yeni işlər təklif olunub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı mükafatlandırma mərasiminə onlayn formatda qoşularaq Bioloji Təbabət Kilinikasının rəhəbərliyinə təşəkkürünü bildirib və uğurlu təcrübə keçən tələbələri təbrik edib. O, qeyd edib ki, bu bu gün ADNSU elm və təhsilin inkişafı ilə yanaşı, istehsalat müəssisələri, şirkətlər və dövlət qurumları ilə sıx əmkdaşlıq edir. Universitetin tələbələrinin uğurlu təcrübə keçməsi və zamanında işlə təmin olunması ADNSU-nun inkişaf strategiyasının mühüm bir hissəsini təşkil edir. Professor Mustafa Babanlı çıxış zamanı həmçinin Biotibbi texnologiyalar mühəndisliyi ixtisasının hər zamaman aktual olduğunu və bu səhə üzrə təhsil alan tələbələrin nəzəri biliklə bərabər, praktiki bacarığı da inkişaf etdirməsinin vacibliyibliyini qeyd edib.
Bioloji Təbabət Kilinikasının təsisçisi Elxan Yaqubov Azİİ tələbələrinə hər zaman fərqləndiyini qeyd edərək  təkcə təcrübə yox, klinikada daimi işçi olaraq çalışmaq üçün də belə tələbələrə ehtiyac olduğunu deyib. Klinikanın həkimləri də öz çıxışlarında ADNSU-nun tələbələrdən razı qaldıqlarını qeyd ediblər və təcrübə zamanı onların fəal olduğun bildiriblər.
ADNSU-nun Cihazqayırma kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova çıxış edərək tələbələrimizin tədris proqramını keyfiyyətli mənimsəməsini və hazırlıqlı olmasını həm də təcrübə zamanı onların özünü doğrultamsı ilə izah edib. Bildirib ki,  bu üstünlük ADNSU tələbələrinin işlə təmin olunmasında xüsusi rol oynayır. O, Bioloji Təbabət Kilinikası ilə ADNSU-nun əməkdaşlığının bundan sonra da davam edəcəyini deyib və tələbələrimizin buradakı şəraitdən yararlanaraq aiddiyəti üzrə təcrübə keçib mütəxəssis kimi formalaşacağını diqqətə çatdırıb.
Sonda klinika ilə ADNSU arasında əməkdaşlıq Memorandumunun  imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb və əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyi vurğulanıb.шаблоны для dle 11.2