Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU Frankofoniya Universitet Agentliyinin üzvü seçilib


 Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünyanın 118 ölkəsində fəaliyyət göstərən 990 ali təhsil müəssisəsini özündə birləşdirən Frankofoniya Universitet Agentliyinə üzv qəbul edilib.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) uğurlu fəaliyyəti bu ali məktəbin təşkilata üzvlüyünə zəmin yaratmaqla yanaşı, hər iki ali təhsil ocağının Frankofoniya Universitet Agentliyinin qlobal şəbəkəsinə daxil olmasına və təşkilatın təklif etdiyi layihələrdən faydalanmasına imkan verir.
1961-ci ildə Kanadanın Monreal şəhərində yaradılan Frankofoniya Universitet Agentliyi fransız dilində elm və tədqiqat sahələri üzrə fəaliyyət göstərən institutlar arasında şəbəkələşməni təmin etməklə yanaşı, tədrisin, tədqiqatın və idarəetmənin keyfiyyətinin yaxşılaşdırılması, məzunların işə qəbulu və inkişafa təkan verən layihələrin təşviqi istiqamətində fəaliyyət göstərir, davamlı inkişaf, səhiyyə və digər sahələrdə mövcud problemlərin həllinə yönələn layihələrə də dəstək verir.
Qeyd edək ki, ADNSU Azərbaycan Dillər Universiteti ilə yanaşı, ölkəmizi bu təşkilatda təmsil edən ikinci universitetdir.


Tarix: 30-06-2020, 22:22

Xəbəri paylaş