Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da Respublika virtual elmi konfransı keçirilib


 
 
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Kitabxana-informasiya fəaliyyətində innovasiyalar və yeni əsrin çağırışları” mövzusunda Respublika virtual elmi konfransı keçirilib.
BDU-nun rektoru Elçin Babayev konfransı giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin kitabxana quruculuğu sahəsində fəaliyyəti, Ümummilli Liderin kitabxana işinin inkişafında tarixi addımların atılmasında müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, Ümummili Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev kitabxana-informasiya işinin inkişafına diqqət və qayğı ilə yanaşaraq bu sahədə bir sıra fərman, sərəncam və dövlət proqramlarına imza atıblar. O, Prezident İlham Əliyevin imzaladığı rəsmi sənədlərdə müasir informasiya texnologiyalarının Azərbaycanda bütün elm və sənaye sahələrində, o cümlədən kitabxanalarda tətbiqi sahəsində strateji vəzifələrin müəyyənləşdirildiyini bildirib.
Rektor ölkəmizdə kitabxanaçılıq sahəsində yüksəkixtisaslı ali təhsilli kadrlar hazırlayan BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin əhəmiyyətini xüsusi vurğulayıb. Rektor əldə edilmiş uğurlarda fakültənin yaradılmasında böyük rolu olmuş Əməkdar Elm Xadimi, Əməkdar Mədəniyyət İşçisi, “Şöhrət” ordenli, professor Abuzər Xələfovun xidmətlərindən bəhs edərək bildirib ki, Bakı Dövlət Universitetinə həmişə qayğı və sevgi ilə yanaşan alim yetmiş ildən artıq dövrdə topladığı kitabxanaşünaslıq elminə dair 600-dən çox kitabı universitetin Elmi kitabxanasına vəsiyyət edib.
Açılış nitqində konfransın işinə uğurlar arzulayan rektor Elçin Babayev təqdim edilən elmi məqalələrin kitabxanaçılıq ixtisasının aktual mövzularına həsr olunduğunu diqqətə çatdırıb.
Konfransda Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov “Müasir  kitabxana quruculuğunun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır”, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitunun elmi işlər üzrə direktor müavini Əlizadə Ələskərli  “Heydər Əliyev obrazı ədəbi-filoloji fikirdə”, BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Qloballaşma dövründə informasiya tələbatının kitabxanaların fəaliyyətinə təsiri: müasir meyillər və çağırışlar”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Elektron nəşrlər və elektron nəşriyyatlar müasir informasiya çağrışları kontekstində” Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov “Kitabxana-informasiya fəaliyyətində multikulturalizm: yeni çağırışlar və gələcəyə baxış” mövzularında məruzə ilə çıxış ediblər.
Məruzələrdə kitabxanalarda həyata keçirilən innovativ fəaliyyət metodları, kitabxanaların formalaşmaqda olan rəqəmsal cəmiyyətə inteqrasiya istiqamətləri, yeni xidmət növləri, elektron resurslar və proseslər haqqında ətraflı məlumat verilib.
Məruzə edilən elmi məqalələr konfrans materialları toplusunda çap olunacaq.шаблоны для dle 11.2