Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azİİ e-Kitab Evi oxucularına həm də onlayn xidmət göstərəcək

 
İyunun 8-dən Azİİ e-Kitab Evinin oxucuları kitabxananın siteminə giriş etməklə bazaya daxil olan bütün kitablar və elektron resusrslardan faydalana biləcəklər. Qeydiyyatdan keçən oxucular elektron variantı olan istənilən kitabı onlayn sifariş edə biləcəklər. Belə ki, oxucunun kitab evinin bazasından seçdiyi kitab müəllif hüquqları qorunma şərti ilə dərhal onun onun poçtuna göndəriləcək. Eyni zamanda tələbələr onlayn olaraq kitab evinin bazasına daxil olmaqla digər elektron resurslardan da yararlana bilcəklər.
Qeyd edək ki, Azİİ e-Kitab Evində ümumilikdə 5500-ə yaxın oxucu qeydiyyatdan keçib. Onların hər birisinə istifadəçi adı – şifrə verilib. Hansı tələbə qeydiyyatdan keçməyibsə, [email protected] elektron ünvanına müraciət etməklə qeydiyyata alınacaq və göstərilən xidmətdən yararlana biləcək.  
Azİİ e-Kitab Evinin bu günlərdə oxucuları üçün onlayn formatda yaratdığı daha bir xidmət tələbələrin evindən kənara getmədən həm də beynəlxalq kitabxanaların və universitetlərin nəşriyyatlarının bazalarına qoşularaq oradan yararlanmaq imkanın təmin olunmasıdır. Aşağadakı linklərə keçid etməklə bu xidmətdən qeydiyyatdan keçmiş hər bir oxucu yararlana bilər: http://search.ebscohost.com, https://www.onepetro.org/, www.elibrary.imf.org          


Tarix: 8-06-2020, 23:54

Xəbəri paylaş