Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində enerji mövzusunda onlayn seminar keçirilib

 

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bərpa olunan enerji texnologiyalarının yaratdığı yeni imkanlar” və “Alternativ və bərpa olunan enerji mənbələrinin istilik daşıyıcılarının termodinamik analizi” mövzularında video-seminar keçirilib.
ADNSU-nun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində keçirilən onlayn seminara bir sıra dövlət qurumlarınının nümayəndələri, universitetin professor-müəllim heyəti və magistrant tələbələr qatılıblar.  
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) sədr müavini, ADNSU-nun “Enerji istehsalı texnologiyaları” kafedrasının müdiri, professor Nurəli Yusifbəyli  qonaqları salamlayaraq Azərbaycan Elektroenergetika Sistemlərinin  (EES) inkişaf trendlərindən danışıb. Bildirib ki, ölkəmizdə son illər iqtisadiyyat yönümlü sahələrin sürətlə inkişaf etməsi bu sahənin də yeni bir mərhələyə çatmasına təkan olub. Təsadüfü deyildir ki, bu gün Azərbaycan elektroenergetika sahəsində bu istiqamətdə ciddi uğurlar qazanmış, illərin təcrübəsindən çıxmış qabaqcıl dövlətlərlə əməkdaşlıq edir, onların təcrübəsndən yararlanır. O, əlavə edib ki, bərpa olunan enerji texnologiyalarının yaratdığı yeni imkanlar, alternativ və bərpa olunan enerji mənbələrinin istilik daşıyıcılarının termodinamik analizi və bu istiqamətda mütəmadi olaraq əldə olunan yeniliklər bu sahənin əsaslı inkişafında daha böyük perspektivlər vəd edir.
Video-seminarda University of Rostock, Germany Institute of Technical Thermodynamics Dr.Javid Səfərov, Founding and Academic Director of Executive Master Program in Renewable Energy Technologies and Management Professor (Associate) Şəhriyar Nəsirov qeyd olunan müvzularla bağlı geniş çıxışlar ediblər. İki saata yaxın davam edən seminarda mövzu ətrafında müzakirələr aparalıb, tələb və təkliflər səsləndirilib.


Tarix: 22-05-2020, 21:00

Xəbəri paylaş