Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU “Azərbaycan Universitetləri Sərgisi 2020”-də təmsil olunub

 

           Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti  (ADNSU) “Azərbaycan Universitetləri Sərgisi 2020” adlı ali təhsil sərgisində iştirak edib.
Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə keçirilən sərgidə ADNSU öz stendi ilə təmsil olunub. Digər təhsil sərgilərində olduğu kimi, bu dəfə də ziyarətçilər ADNSU-ya xüsusi maraq göstəriblər. Universitetin stendində ziyarətçilərə Azərbaycan, rus və ingilis dillərində prospektlər, üç adda buklet və iki dildə nəşr olunan “Oil and Industry” jurnalı vasitəsilə ali məktəbin təqdim etdiyi tədris imkanları və yeniliklərlə tanış olmaq imkanı yaradılıb. Bundan başqa, stendə yaxınlaşan və ADNSU ilə maraqlanan ziyarətçilər universitetin nümayəndələri ilə bilavasitə ünsiyyət quraraq  tədris olunan ixtisaslar, qəbul göstəriciləri, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, həmçinin ali məktəbdə tələbələr üçün yaradılan imkanlar haqqında məlumat alıblar. Sərgidə həmçinin, universitetin fəaliyyəti haqqında suallar cavablandırılıb.  


Tarix: 24-02-2020, 20:10

Xəbəri paylaş