Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mərkəzi Elmi Kitabxana “Məmməd Cəfər Cəfərov – 110” adlı sərgi keçirir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın görkəmli elm xadimi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərovun anadan olmasının 110 illiyinə həsr edilmiş sərgi təşkil olunub. Ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr edən akademik Məmməd Cəfər Cəfərov ədəbiyyatın tarixi, nəzəriyyəsi, ədəbi əlaqələr və estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirib. Onun geniş əhatəli elmi irsində Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılığını dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur.
Sərgidə alimin Azərbaycan və rus dillərində yazılmış “Klassiklərimiz haqqında”, “Seçilmiş əsərlər”, “Həyatın romantikası”, “Cəlil Məmmədquluzadə”, “Əntiqə adamlar”, “XIX əsr rus ədəbiyyatı”, “Sənət yollarında”, “M.F.Axundovun ədəbi-tənqidi görüşləri”, “Səni kim unudar”, “Azərbaycan-rus ədəbi əlaqələri tarixindən”, “Mütəfəkkirin şəxsiyyəti”, “Hüseyn Cavid”, “Rus klassikləri”, “Taras Şevçenko”, “Get dolangilən, xainsən hələ” əsərləri və “Məmməd Cəfər. Biblioqrafiya” nümayiş olunur.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
шаблоны для dle 11.2