Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ədəbiyyat fənnindən "açıq dərs"in icmalı

                                 





                                       ƏDƏBİYYATDAN  AÇIQ DƏRSİN  İCMALI
                                                    (nümunə)

Fənn:  “ƏDƏBİYYAT”,    sinif  IX

Tədris vahidi: AZƏRBAYCANDA  MİLLİ-DEMOKRATİK  HƏRƏKAT  DÖVRÜNDƏ  ƏDƏBİYYAT    
                           
Mövzu: Əhməd  Cavad  “AZƏRBAYCAN   BAYRAĞINA”  şeiri. Əsərin   məzmunu   üzrə  iş.
            


                                                   DƏRSİN  GEDİŞİ:

     Ev  tapşırıqlarının  yerinə  yetirilmə  səviyyəsi  təqdimatların  dinlənilməsi və  müzakirə  edilməsi  yolu  ilə  müəyyən  edilir.
 
                        MOTİVASİYA,PROBLEMİN  QOYULUŞU (7 dəqiqə)


Motivasiyanın yaradılması üçün qabaqcadan  hazırlanmış slaydlar  və  dərslikdəki  “Yada   salın”  və  “Düşünün”  başlıqlı  sualların   əsasında  yığcam  müsahibə  aparmaqla  motivasiya  yaradılır. Müsahibə  əsasında  tədqiqat  sualı  formalaşdırılır.   
 
                                  TƏDQİQAT   SUALI:
    Azərbaycanın   dövlət  rəmzi  olan  bayrağa  həsr  olunan  əsərlərdə,sizcə, daha  çox  hansı  hiss  və  düşüncələr  əksini  tapmalıdır? 
     Tədqiqat   sualı  üzrə  şagirdlərin  fərziyyələri  dinlənilir  və  qeydlər  aparılır. 
                 
              TƏDQİQATIN   APARILMASI (12 dəqiqə)
  Tədqiqata  şeirin  səs  yazısının   dinlənməsi  ilə  başlamaq  olar.Bu  məqsədlə  aşağıdakı   linkdən  istifadə olunur:
        https://www.youtube.com/watch?v=pdTOTK2zdE8

Sinif   4  kiçik  qrupa  bölünür:
           I qrup-  “Turan”
           II qrup-  “Zəfər”
           III  qrup-“İnam”
           IV  qrup- “Ay-ulduz”
   Hər  qrupa   tədqiqat  aparmaq   üçün   iş  vərəqləri təqdim  olu- nur,buradakı  tapşırıqlara  uyğun olaraq  hər qrup  şeirin  bir bən- dində  işlənmiş tanış  olmayan   sözlərin  mənasını lüğət  əsasında   aydınlaşdırır, bəndin  məzmununu  izah    edir, bənddə  işlənmiş  bədii   təsvir  və  ifadə  vasitələrini  müəyyənləşdirir.  
       MƏLUMATIN   MÜBADİLƏSİ   VƏ  MÜZAKİRƏSİ
       (15  dəqiqə)
     Hər qrup  öz  tapşırığı  üzrə   tədqiqat  aparır və  təqdimat   hazırlayır.Təqdimatlar  dinlənilir  və   müzakirə  olunur.
      ÜMUMİLƏŞDİRMƏ   VƏ  NƏTİCƏLƏRİN  ÇIXARILMASI
     ( 3 dəqiqə)
Şagirdlərlə  birlikdə  dərs  ümumiləşdirilir  və  nəticələr  çıxarılır:
     Azərbaycanın   dövlət  rəmzi  olan  bayrağa  həsr  olunan  əsərlərdə  daha  çox vətənpərvərlik  hissi   və   “Azərbacançılıq”  məfkurəsi-düşüncəsi  əksini  tapmalıdır.
                   
YARADICI   TƏTBİQETMƏ(3 dəqiqə)
   Azərbaycan   bayrağı   haqqında   şeirlərdən   biri  ilə  bu  şeiri müqayisə  etmək, oxşar  və  fərqli  cəhətləri  göstərmək.
    
                     QİYMƏTLƏNDİRMƏ (4  dəqiqə)

                                             Qiymətləndirmə  meyarı:  aydınlaşdırma, müəyyənləşdirmə


Ev   tapşırığı: (1 dəqiqə)
    Müxtəlif  mənbələrdən(o  cümlədən, internet  resurslarından), digər  fənlərdən  topladığınız  məlumat  əsasında  “Azərbaycan  Demokratik  Cümhuriyyəti  dövründə ədəbiyyatımız”  mövzusunda  şifahi təqdimata   hazırlaşın. (Slaydlardan  ibarət  elektron  təqdimat  da  hazırlamaq  olar).  
 
   İcmalı  hazırladı:
   Fənn  müəllimi :                                 /                           / 
   Yoxladı:
  Tədris  hissə  müdiri :                      /                           /
    
                                   Tarix: ________________ 
                                                     gün,ay,il              
 
 
 
 Minarə Paşayeva,

 Şirvan  şəhər  13 №li tam  orta məktəbin 
 Azərbaycan  dili və ədəbiyyat  müəllimi, 
“Təhsildə  inkişaf  və  innovasiyalar  üzrə 
III Qrant  müsabiqəsinin  fərdi  layihə  
qalibi.
 


































Tarix: 22-11-2022, 21:30

Xəbəri paylaş