Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

SABAH Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş

 

Fevralın 15-də Təhsil Nazirliyində SABAH Karyera Akademiyası çərçivəsində SABAH Karyera Qış Məktəbi layihəsi iştirakçıları ilə görüş keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, akademiyanın rəsmi tərəfdaşları və KİV nümayəndələri iştirak edib.Layihə sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə akademiya haqqında məlumat verib. Daha sonra SABAH qruplarından bəhs edən video-çarx nümayiş olunub.İştirakçıları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından danışıb, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, SABAH qrupları ali təhsil sistemində yeganə genişmiqyas­lı islahat layihəsidir. “Azərbaycan Respublikasın­da təhsilin inki­şafı üzrə Dövlət Strategiyası”nda şəxsiy­yətyönlü təhsilin məzmununun yaradılması, ali təhsilin keyfiyyətinin yüksəldilməsi SABAH qrupları layihəsinin fəaliyyətində öz əksini tapıb. 2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub. Məzunların 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magis­t­raturaya qəbul olunub, 30 faizi daimi və ya qeyri-daimi işlə təmin edilib. SABAH Karyera Akademiyası 2017-ci ildə SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yara­dılıb. Akademiya peşəkar karyera, ma­gistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib. Proqrama uyğun olaraq 16-18 fevral 2018-ci il tarixlərində Qubada növbəti SABAH Karyera Qış Məktəbi layihəsi keçirilib. Layihə sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. 100-ə yaxın tələbənin iştirak etdiyi Qış Məktəbində SABAH tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlim keçiblər.
Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər (“Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək olublar.
  SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən artıq tələbəni əhatə edir. 


Tarix: 13-03-2018, 13:33

Xəbəri paylaş