Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2017-2018-ci dərs ilinə aid nümunəvi tədris Planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının xaricidillər təmayüllü lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “AzərbaycanRespublikası Təhsil Nazirliyihaqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

ƏMR EDİRƏM:

  1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan xarici dillər  təmayüllü lisey və gimnaziyalarının 2017-2018-ci dərsilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin.
2. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 sentyabr 2017-ci il


Tarix: 13-10-2017, 11:21

Xəbəri paylaş