Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil naziri Mikayıl Cabbarovun “Bilik günü” münasibəti ilə təbriki

   
Əziz müəllimlər, tələbələr və şagirdlər, hörmətli valideynlər!
Sizi yeni təhsil ili münasibətilə təbrik edirəm!
“Bilik günü” - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.
Zaman bizə tarixin ən güclü Azərbay­canında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə.
Əziz müəllimlər, tələbələr və şagirdlər!
Hər bir başlanğıc yeni imkandır.
  “Bilik günü” ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər arzulayıram!


Tarix: 13-10-2017, 11:12

Xəbəri paylaş