Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 2.3-cü və 2.4-cü bəndlərinə uyğun olaraq, ümumi təhsil müəssisələrində ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi prosesini tənzimləmək məqsədi ilə “Azərbaycan Respub-likasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2015-ci il 1 may tarixli 536 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası” ləğv edilsin.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və yerlərə çatdırılmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
8 iyun 2017-ci il