Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi

 

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mğdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub. Qeyd edək ki, Mehriban Vəliyeva Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində zalışırdı.

 

TİMSS 2019 - Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının nəticələri açıqlanıb

 

Dünya üzrə TİMSS 2019 beynəlxalq qiymətləndirməsində 64 ölkə üzrə 580 000-dən zox şagird, 310 000 valideyn, 52 000 müəllim, 19 000 məktəb iştirak edib. Azərbaycan üzrə 194 məktəb, 5300 şagird, təxminən 5300 valideyn, 310 müəllim TİMSS 2019 beynəlxalq qiymətləndirməsinə cəlb olunub. Ölkəmiz bu tədqiqatda yalnız IV sinif şa­girdləri ilə təmsil olunub.    

Riyaziyyat üzrə tədqiqat nəticələrinə əsasən, ölkəmiz tarixi nəticə əldə edib. Azərbaycan şagirdləri 515 balla bu istiqamətdə tədqiqatda iştirak edən 58 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycanın TİMSS 2019-cu il riyaziyyat nailiyyəti TİMSS 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 52 ballıq artımla 463 baldan 515 bala yüksəlib. Bu nəticə ilə Azərbaycan regionda ən yüksək nəticə göstərən ölkə sayılır. Təbiət fənnləri üzrə isə ölkəmiz 427 balla 50-ci yerdədir.

Bundan başqa, “mükəmməl” və “yüksək” qiymətləndirmə oriyentirinə (benchmark) zatan şagirdlərimizin sayında əhəmiyyətli artım müşahidə edilib. Belə ki, 2011-ci ildə 21 faiz şagirdimiz riyaziyyat üzrə “mükəmməl” və “yüksək” qiymətləndirmə nailiyyəti göstərmişdirsə, 2019-cu ildə bu nəticə 36 faiz olub.

TİMSS beynəlxalq tədqiqatının kezirilməsində başlıca məqsəd qlobal kontekstdə sis­temin nailiyyət meyillərini araşdırmaq, təhsil siyasəti barədə məlumat toplamaq, yenilənmiş siyasətin təsirini qiymətləndirmək, aşağı göstəricisi olan sahələri dəqiqləşdirmək və müvafiq islahatlara təkan vermək, eyni zamanda şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə biliklərinin nəticələri ilə yanaşı öyrətmə və öyrənmə üçün ev və məktəb kontekstləri haqqında vacib məlumatlar əldə etməkdən ibarətdir.

Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 1995-ci ildən etibarən və hər dürd ildən bir (1999, 2003, 2007, 2011, 2015 və 2019) keçirilən TİMSS tədqiqatı IV və VIII sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən beynəlxalq bir araşdırmadır. Ümumilikdə, öz təhsil sistemlərinin effektivliyini qiymətləndirmək üçün təxminən 70-ə yaxın ölkə TİMSS-in məlumatlarından istifadə edir və hər qiymətləndirmədə TİMSS-ə yeni ölkələr qoşulur.

Qeyd edək ki, ölkəmiz sonuncu dəfə TİMSS tədqiqatında 2011-ci ildə iştirak edib və yalnız IV sinif şagirdləri ilə təmsil olunub.

 

“Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın yeni redaksiyası təsdiq edilib

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nümrəli Qərarına əsasən, “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın yeni redaksiyada təsdiq edilməsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətində keyfiyyət təminatı sahəsi ğzrə yeni mərhələ kimi qiymətləndirilir.

Belə ki, qaydaların yeni redaksiyası təhsil müəssisələrinin akkreditasiyası və keyfiyyət təminatı ilə bağlı aşağıdakı üstünlükləri yaradacaq:

- Azərbaycan Respublikasının təhsil sisteminin inkişafı, beynəlmiləlləşməsi və təhsilin keyfiyyət səviyyəsinin yüksəlməsi təmin olunacaq;

- Beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sistemi formalaşacaq;

- Ali təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsi zamanı Avropa Ali Təhsil Məkanının keyfiyyət təminatı prinsiplərinin də nəzərə alınması təmin olunacaq;

- Dövlət standartlarından əlavə, beynəlxalq təşkilat və ya xarici düvlət tərəfindən müəyyən edilmiş standartlara uyğun tətbiq edilən və məzunlarına iki və daha çox xarici ölkələrin təhsil müəssisələrində təhsil almaq hüququ verən təhsil proqramlarının akkreditasiyası mexanizmi formalaşacaq;

- Təhsil müəssisəsinin fəaliyyəti ilə yanaşı, təhsil proqramlarının icrasının qiymətləndirilməsi mexanizmi formalaşacaq;

-Təhsil müəssisəsinin fəaliyyətinin və ayrı-ayrı təhsil proqramlarının icrasının qiymətləndirilməsi prosesinə təhsil müəssisəsinin fəaliyyətində maraqlı tərəflərin, xüsusən də işəgötürənlərin və təhsilalanların nümayəndələri cəlb ediləcək və onlar arasında keçirilmiş rəy sorğusunun nəticələrinin qiymətləndirilmə zamanı nəzərə alınması təmin olunacaq;

- “Təhsil müəssisələrinin akkreditasiyası” dövlət xidmətinin elektronlaşdırılmasına nail olunacaq;

- Akkreditasiya sertifikatı “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırlanan elektron sənəd formasında veriləcək;

- Təhsil müəssisələrinin fəaliyyətinə dair hesabatlılıq yalnız akkreditasiya dövrü üzrə (hər 5 ildən bir) deyil, illik əsasda təmin olunacaq.


Tarix: 14-01-2021, 11:01

Xəbəri paylaş