Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mütaliə vərdişlərinə həsr olunmuş ədəbi gecə

 

Paytaxtdakı Məktəb Lisey Kompleksində mütaliə vərdişlərinə həsr olunmuş ədəbi gecə keçirilib.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, idarənin əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Mütaliə vərdişlərinə həsr olunmuş ədəbi gecədə məktəbin III sinif şagirdləri mütaliə ilə bağlı müdriklərdən maraqlı sitatlar söyləyib, şeir və mahnılar ifa ediblər.
Daha sonra şagirdlər ədəbi gecədə iştirak edən qonaqlara intellektual suallar ünvanlayıb.
  Tədbirin sonunda BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə əsasən, şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin müstəsna rolu olduğunu bildirib.