Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr davam edir.Səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq təşkil edilir.
“İslam Həmrəyliyi İli” çərçivəsində “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi”, “Azərbaycan cəmiyyətində “İslam həmrəyliyi”, “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi”, “Milli-mənəvi dəyərlər və gənclik”, “İslam Həmrəyliyinin Azərbaycan modeli”, “Dünyəvi dövlətdə multikultural və tolerant dəyərlərin vəhdəti”, “Milli-mənəvi dəyərlərimiz və İslam”, “Dünyəvi dövlətdə İslam və milli birlik” mövzularında keçirilən mühazirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin nümayəndələri, rayon icra hakimiyyətləri və rayon polis idarələrinin əməkdaşları, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), uşaq birliyi rəhbərləri, psixoloqlar, valideyn icmasının nümayəndələri və IX-XI sinif şagirdləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlandığını və IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsinin böyük tarixi əhəmiy­yətə malik olduğunu qeyd ediblər.
Mühazirələrdə gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulanıb, dini radikalizmin zərərli təsirləri, gənclərin onların fəsadlarından qorunmaları üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyi qeyd olunub. Bildirilib ki, İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Həmçinin, Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, mehriban şəraitdə yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından bəhs edilib.
Mühazirələrin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, “Fitnə” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, mart-aprel aylarında “İslam Həmrəyliyi ili” ilə əlaqədar səyyar mühazirələrin paytaxtın 34 ümumi təhsil məktəbində keçirilməsi nəzərdə tutulub.
***
 
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri ilə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində görüşlər keçirilib.“Ölkəmizi tanıyaq” tur-aksiyasının əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiy­yətləri, müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Görüş zamanı dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən tur-aksiyalar barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları artıq dörd ildir ki, təşkil olunur.
Qeyd olunub ki, tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Aksiyanın hər iki mərhələsində ənənəyə uyğun olaraq, məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçiriləcək, qaliblərə xatirə hədiyyələri təqdim ediləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək.


Tarix: 11-04-2017, 14:14

Xəbəri paylaş