Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Suraxanı rayonunda “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti “açıq dərs”

 

Oktyabrın 24-də Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti “açıq dərs” keçirilib.
Suraxanı Rayon İcra Hakimiy­yətindən AZƏRTAC-a bildirilib ki, dərsdə rayondakı 97, 101, 104, 118 və 226 nömrəli tam orta məktəblərin 9-11-ci sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış olan şagirdlər ulu öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədilə “Millət atası” filmini izləyiblər.
Dərsin mövzusunu elan edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lamiə Namazova vurğulayıb ki, ümummilli lider Heydər Əliyev özünü azərbaycanlı hesab edən hər kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu gün xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə, inkişafa doğru ulu öndərin təməlini qoyduğu yolla inamla irəliləməkdədir.
Sonra müəllimlər Yeganə Məmmədova, Könül Talıbova, Gülər Osmanova, Hədiyyə Əmrahova və Nəzakət Həmzəyeva şagirdlərə müvafiq mövzuda dərs keçiblər.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var. Müstəqil müasir Azərbaycanın memarı və qurucusu olan ümummilli lider ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən qurtarıb, geniş islahatların keçirilməsində, əsrin neft müqaviləsinin imzalanmasında böyük əmək sərf edib, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərib. Hazırda ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondu da ümummilli liderin milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmasında mühüm rol oynayır.
  “Açıq dərs”də, həmçinin mövzu ilə bağlı məlumatlar xüsusi hazırlanmış animasiya, foto və videomateriallar şagirdlərin diqqətinə çatdırılıb.


Tarix: 14-11-2017, 09:24

Xəbəri paylaş