Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Mənim peşəm mənim gələcəyimdir!”




10 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" çərçivəsində icra edilən “Mənim peşəm mənim gələcəyimdir!” layihəsi çərçivəsində açılış tədbiri və ilk maarifləndirici seminar keçirilib. Seminarda İsmayıllı rayon təhsil ictimaiyyətinin nümayəndələri, layihə rəhbəri Vəfa Vahabova, layihə üzrə ekspert Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və İsmayıllı Rayon Yeniyol kənd tam orta məktəbində təhsil alan 30-a yaxın şagird iştirak edib.
Tədbiri giriş nitqi ilə İsmayıllı rayon Yeniyol kənd tam orta məktəbinin direktoru Rəşad Vahabov açıb. Ardınca çıxış edən layihə rəhbəri, İsmayıllı Rayon Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Vahabova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, "Layihə çərçivəsində ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında doğru qərar verməsi, peşə seçimində əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən edilib. “Mənim peşəm mənim gələcəyimdir!” adlı maarifləndirici flayerlər hazırlanmışdır və yaxın zamanlarda İsmayıllı rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında yayılması nəzərdə tutulub".
Təlimçi Elnarə Qasımova, “Mənim peşəm mənim gələcəyimdir” layihəsi çərçivəsində məktəblilərin düzgün peşə seçimi baxımından layihənin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, ölkədə insan inkişafı naminə peşə təhsilinə diqqətin artırılması məqsədi ilə təşkil olunan layihə çərçivəsində otra, orta ixtisas, peşə təhsili üzrə təhsil alanlar üçün peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, peşə təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsinin vacibliyini qeyd edib.
Seminarda iştirak edən müəllimlər və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici flayerlər paylanıb.