Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır...


 
Zulfiyyə VƏLİYEVA,  
ADPU-nun ETM:-Tətbiqi tədqiqatlar 
bölməsinin elmi işçisi,

Əməkdar müəllim
 
Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın  namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq  vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq"- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir.
Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını  düşmən tapdağından təmizlənməsinə imza atmışlar!  Allahın qüdrəti, Zamanın diqtəsi: Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Dünyanın Azərbaycan maraqları, heyranlığı, dilə gətirdiyi: -Azərbaycannın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi!!!Ali Baş Komandan İlham Əliyevin Qətiyyətı! İgid oğulların gös­tərdikləri rəşadətlərlə Qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir! Müstəqil dövlətimizin müdafiəsi, qorunması dünyanın hər çür var-dövlətindən, nemətindən qiymətlidir! Məkrli düşmən hiyləsinə qalib gəlmək üçün bir olub yumruq olmaq zamanın diqtəsi və tələbidir! Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir!   Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 28 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq. 
Cözün aydın Azərbaycan Dünyası! AZƏRBAYCAN BAYRAĞI ŞUSADA DALĞALANIR! Eşit Dünya, Qarabağ Azərbaycandır!   Bunu  Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Güclü Liderimiz,Tarix yazan Sərkərdəmiz var! Torpağında Şəhid yatan Qarabağımız var! Allahın Qüdrəti yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan, gözlərin aydın, Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir. Bu ürəyi bizdən 28 il əvvəl söküb çıxarmışdılar. Biz o ürəyi yenidən əsl sahibinə - bağrımıza qovuşdurduq. Şuşa bayraq deməkdir. Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir!   Müharibə şəhidsiz olmur. Bu da müharibənin yazılmamış qanunlarından biridir. Şuşanın necə azad edildiyini danışan əsgərimiz deyir: -Şuşaya kanatla qalxdıq, döyüş əmrindən öncə yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər Şuşaya yaxınlaşmalı, o dağı, sıldırımı dırmaşmalı idi. Bıçaq, tapança, "limonka" ilə döyüşə gedirdik. Bizi nə gözləyir, bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi, çünki onlar bizim ordan, yollardan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdələr. Nəinki onların heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. “Şuşa Qarabağın açarıdır.  Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz!  Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı. Bəli Azərbaycan ordusunun döyüş taktikası, az itki ilə düşmən ordusunun darmadağın etməsində yeni texologiyadan istifadə məharəti  dünya güclərinin heyrətinə, bu təcrübənin öyrənilməsi, ədalətli müharibə, yeni əsrin müharibəsi kimi dəyərləndirilir. Ordumuzla qürur duyuruq!. 
 Dünya buna şahid olsun: - Tarix yazır Azərbaycan! Allah bizə köməkdir! Dostlar bizə dəstəkdir! Dünya nizamına imza atır Azərbaycan - Türkiyə! Qarabağ Azərbay­candır, Nida! Ad günləri Xocalıda, Toy düyünlər Xan kəndində, Şuşada keçiriləcək! Birliyimiz Ən Parlaq Qələbəmiz! Türk Dünyası sınanır! Türkün qolu bilməz! Azərbaycan-Türkiyə Dünya üçün Nümunə! Dünya Türkun Haqqına girə bilməz!Yeni Dünya nizamına imza atır Azərbaycan-Türkiyə! Qətiyyət və Şücaət Qələbəyə aparan yol!  Xilaskar Azərbaycan ordusunun qanı ilə, canı ilə Şuşanı 28 il yarımdan sonra azad etməsi bizim üçün: 
- Qeyrətimizin, namusumuzun üzərindən ləkənin götürülməsi, sınmış qürurumuzun qaytarlması; 
- Şəhidlərimizin ruhunun şad olması, Xocalının qisası;
- Qarabağda tam və qəti üstünlüyün əldə olunması;
- Tuş şuya çıxış vasitəsilə Laçın dəhlizinin nəzarətdə saxlanılması;
- Xankəndinin, Xocalının tezliklə azad edilməsi;
- Qırmızı Bazar və Xocavəndin mühasirədə qalması;
- Ağdamın və Əsgəranın asanlıqla  azad edilməsi;
- Kəlbəcər və Ağdərədə ermənilərin mənəvi məğlubiyyətu və mövqelərinin zəifləməsi;
- Azərbaycan ordusunun və dövlətinin  nüfuzunun artması
- Ermənistanda  siyasi və hərbi böhranın başlaması!
 - İkinci Qarabağ müharibəsinin tezliklə Azərbaycanın qələbəsi ilə başa çatması deməkdir!
Qələbəmizi təmin edən əsas komponetlər:
- Güclü və iradəli Prezident, Ali Baş Komandan İlham Əliyev;
 - Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu;
 - Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi;
 - Müharibənin ədalətli xarakteri - işğal altındakı ərazilərin azad edilməsi;
 - Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli işlənməsi;
- Ordu və xalqın birliyi. İnkişaf etmiş hərbi-sənaye kompleksi.
- Güclü və çoxşaxəli iqtisadiyyat, Ölkə üçün optimal siyasi hakimiyyət sistemi! 
Güclu Lider, Güclü Ordu, Güclü Xalqın birliyi, Şəhid olan Oğullar     
                   Qələbəni təmin etdi!!!!
Vətəni Sevmək İmandandır!Vətəndən öncə heç nə yoxdur! Hamılıqla məsuliyyət daşıyırıq! Bir olaq güclü olaq, ədalətli olaq! Vətən hamının dünyaya göz açdığı, torpaqinda uyuduğu məkandır! Vətənini, dilini, dinini sevəsən, sevmək azdır, həm də onu sevdirə bilmək! Olum-ölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz!Qəlbimizdə olan ambisiyaları öldürək, Vətənimizin, dövlətimizin,dövlətçiliyimizin qorunması üçün bir olaq!
Hər zaman düşünək:- Vətən bizim üçün hər şeydir. Biz Vətən  üçün    nə etmişik! “Vətən anadır” - kəlməsi eşidə-eşidə böyüyürük. Torpağın üstündə addımladıqca yavaş-yavaş dizlərimiz bərkiyir, qollarımıza qüvvət gəlir Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq. Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən yalnız ona görə böyük deyil ki, onun  sənət və mədəniyyətlə zəngin, insanların nəcib əməlləri ilə dolu keçmişi vardır. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izləri vardır. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. 
Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Hər bir insan üçün əvəz olunmaz  məkandır   onun Vətəni.  Olan Vətən sevgisi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Qarabağ uğrunda şəhid olan genralımız Polad Haşımovun, yüksək rütbəli zabit və əsgərlərimiz, mülki vətandaşlarımızın nigaran ruhlarını  bizim Qarabağ torpağını düşmən tapdağından azad etməyimiz ola bilərdi. Şükür bu baş verdi.   Qarabağda Vətənin azadlığı uğrunda   əbədiyyətə qovuşmuz şəhidlərin məzarı başında  hörmətlə dayanıb, sevinc göz yaşları içində: -Gözünüz aydın Vətən oğullarl, biz yurdumuzu yağılardan azad etdik sözünü deyə bildik! Bu gözəl həyatda yaşamaq, var olmaq Allahın insanlara bəxş etdiyi paydır. Ancaq əsl məharət  bu həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir. Hər bir Vətəndaşımızın  mill və bəşəri dəyərlərə sahib olması İnsanlığın qorunmasına verdiyi töhfələr Vətən üçün  qürurvericidir. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın ölməz izi var. Və bu izlər hər birimizə ana südü qədər şirin, təmizdir, ana qucağı tək isti və doğmadır. Deməyək Vətən bizim üçün nə edib, deyək ki, biz  Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da,  şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
VƏTƏNİN OLMAQ GƏRƏK!
 Gözün aydın Azərbaycan Dünyası!
 
Tarix sevir güclüləri, onunla İtifaqdadır!
Acizləri bil sevməyir, onunla İxtilafdadır!
Güclü Lider, Güclü Dövlət, Güclü Xalq,
Güclü Ordu od ələyir, bax başına düşmənin!
Dünya sənin Qüdrətinə heyrət edir!
Nümünəni Öyrənir!!!
Ədalətli, haqqlı olan kəslərə,
Allah özü kömək edir!!!
Seçib sınayır, sınağından cıxanına,
Var  Allahın Məhəbbəti,  Mükafatı!!!
Başı üstə Allah dayanan,
Əlləri haqq dərgahında,
Dilində duası olan,
Qətiyyətı, Cəsarətli ,
Arxasında Xalq dayanan,
Qarşısında Qüdrətli Ordusu Var!
Yolumuz Haqq yoludur!
Bir yumruquq, Birliyimiz Əbədi!!!
Sözümüzün var kəsəri!!!
Dünya nizamına imza atırlq!!!
Azərbaycan Türkiyə modeli yaradırıq!
Azərbaycan Sərq ilə Qərb arasında Qapıdır!!!
Dünya üçün Böyük İpək Yoludur!!!
Xüdafərin körpüsündə dalğalanır Bayrağımız!!!
QRABAĞIN HƏR GÜŞƏSİNDƏ  
BAYRAĞIMIZ!
Üzüyünün Qaşı, Başimizın Tacı, Qarabağ!
Qürurumuz Dövlətimiz, Millətimiz, Ordumuz!
Tarix yazan ALİ   BAŞ   KOMANDANIMIZ! 
ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!
QARABAĞDA DALĞALANAN BAYRAQ!
HEÇ ZAMAN ENMƏZ!!!