Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Miladi və Hicri tarixləri

 
Vüqar Hüseynov,
İsmayıllı rayon S.Həsənov adına
Qubaxəlilli kənd tam orta məktəbinin tarix müəllimi

Vaxtın hesablanması bəşəriyyətin uzaq keçmişinə aid ən mühüm hadisələrdən biridir.
Qədim əkinçilər vaxtı bir məhsul yığımından o biri məhsul yığımınadək keçən müddətə, işıq-qaranlıq, isti-soyuq kimi təbiət hadisələrini, göy cisimlərinin- günəşin, ayın, ulduzların hərəkətləri ilə izah etməyə çalışırdılar.
İlk dəfə olaraq qədim babillər birinci təzə Ayla ikinci təzə Ay arasındakı müddəti 29,5 gecə-gündüz olduğunu müəyyənləşdirdilər. Onlar həmin müddəti bir ay kimi vaxt vahidi götürüb, bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etdilər. Buna görə də həmin təqvim qəməri (qəmər ərəbcə “Ay” deməkdir) adlanır. Bir ayı həftələrə, həftələri də günlərə bölən ilk dəfə qədim babillər olmuşlar. Lakin babillərin bu ay sistemli (qəməri təqvimi) ilin müddətini dürüst müəyyənləşdirə bilmirdi. Cünki, Yerin Günəş ətrafında dövretmə müddəti 365 gün 48 dəqiqə 46,1 saniyədir. Qəməri təqvimdə isə bu müddət 354 günə bərabər olur.
Bugünkü Günəş sistemləri təqvimin əsasını e .ə. 5-ci minilliyə qədim Misir təqvimi təşkil edir.
Qədim Misir astronomları 1 (bir) ilin 12 (on iki) otuz günlük ay, 5 (beş) də əlavə gün qəbul etdilər. Həmin təqvimin də nöqsanı ondan ibarət idi ki, burada hər 4 ildən bir gecə -gündüz artıq qalırdı. Buna görə də sozigen adlı Misir astronomu hər dördüncü ilin 366 gün hesablanmasını məqsədəuyğun olduğunu müəyyən etdi.
Həmin Günəş sistemli təq­vim e.ə. 46-cı ildə Romada Yuli Sezarın fərmanı ilə rəsmi olaraq qəbul edildi.
Eramızın 325-ci ilində Nikey kilsəsinin təsdiqindən sonra həmin təqvim xris­tianlar tərəfindən yulian təqvimi kimi qəbul olundu.
Bu günəş sistemli təqvim Roma papası XIII Qriqori tərəfindən daha da dəqiqləşdirildi. 325-ci ildə Günəş sis­temli təqvimi İtaliya, İspaniya, Portuqaliya, Belçika, Fransa, Danimarka, 1700-ci ildə Almaniya, Norveç, 1911-ci ildə Çin, 1925-ci ildə İran, 1926-cı ildə isə Türkiyə qəbul etdi. Keçmiş Sovet Rusiyasında bu təqvim 1918-ci ildə qəbul olunmuşdur.
Hazırda bir sıra müsəlman ölkələrində Səüdiyyə Ərəbistanı, İraq, Yəmən, Misir, Suriya, Livan, Əl­cazair, Liviya, Tunis, Mərakeş, Pakistan, Banqladeş, İndoneziya, Küveyt, Oman, Sudan və əsasən qəməri təq­vimdən istifadə olunur. Bəs bir sıra ölkələrin istifadə etdikləri miladi və hicri tarixlər nə vaxtdan hesablanır?
Hazırda işlədilən tarixlərin əksəriyyətinin başlanğıcı müəyyən hadisənin adı və ya əmələ gəlməsi ilə müəy­yənləşmiş və rəsmi olaraq qəbul edilmişdir. Məsələn hazırda bir sıra ölkələrin, o cümlədən Azərbaycan Respublikasının işlətdiyi miladi tarix İsa Peyğəmbərin anadan olduğu gündən hesablanır. Miladi tarixi qəbul etməyi IV əsrdə Roma monaxı Dionis məsləhət görmüşdür. Bu məsləhəti İtaliya 532-ci ildə, Fransa VIII əsrdə, Rusiya isə 1699-cu ildə qəbul etmişdir. Miladi tarix Günəş sistemləri təqvimə əsaslanır.
Müsəlman ölkələrinin işlətdiyi hicri tarix Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməyi-hicrət etməsi ilindən (miladi 622-ci il 16 iyuldan) hesablanır, bu tarix də ikidir: hicri-qəməri və hicri-şəmsi. (Bax, «Azərbaycan klassik ədəbiy­yatında işlədilən ərəb və fars sözləri lüğəti» Maarif nəş. Bakı -1981).
Ərəblər hələ eramızdan min il əvvəl qəməri təqvimi işlədirdilər. Buna görə də hicri tarix qəbul olunanda qəməri təqvim əsas götürüldü, hicri-qəməri adlandırıldı.
Ərəblərdə hicri tarixi Xəlifə Ömər (634-644) 638-ci ildə rəsmi olaraq qəbul etdi.
Hicri-qəməri ərəb (müsəlman) aylar aşağıdakılardır.
1. Məhərrəm (30 gün) - Bu ay ərəblərdə müqəddəs sayılır. Qədimdə ərəblər həmin ayda müharibə etməzdilər. Kərbəla faciəsi – İmam Hüseyn və onun tərəfdarlarının bu ayda şəhid olması ilə əlaqədar, məhərrəm şiələrin matəm ayı hesab olunur.
2. Səfər (29 gün) «sarı ay» deməkdir.
3. Rəbiyyüləvvəl (30 gün) rəbi, «yaz» deməkdir.
4. Rəbiyyülaxir (29 gün)
5. Cəmadüyüləvvəl (30 gün) cəmədə «soyuma» deməkdir.
6. Cəmadüyülaxir (29 gün)
7. Rəcəb (30 gün) «mü­haribədən, hücumdan özünü saxla» deməkdir.
8. Şaban (29 gün) «getmə» deməkdir.
9. Ramazan (30 gün) «orucluq ayı».
10. Şəvval (29 gün) «qaldır apar» deməkdir.
11. Zilqədə (30 gün) “evdə otur“ deməkdir.
12. Zilhiccə - (29-30) gün. «Həcc» ayı deməkdir.
Bu ayda müsəlmanlar Kəbəni ziyarət edirdilər.
Hicri-Şəmsi sistemi təq­vimi İranda 1925-ci ildə qəbul olunmuşdur. İran ayları aşağıdakılardır:
1.Fərvərdin, 2. Ordu behişt, 3.Xordad, 4.TİR, 5. Mordad, 6.Şəhrivər, 7. Mehr, 8.Avon, 9. Azər, 10. Dey, 11. Bəhmən, 12. Eşfənd.
Hicri tarixi İranda 21 mart 1925-ci ildən başlanır. Həmin vaxt isə hicri şəmsinin 1304-cü il Fərvərdin ayının biridir. Hicri tarixi miladi tarixinə və əksinə, miladi tarixi hicri tarixinə necə çevirmək olar?
1. Hicri-şəmsini miladiyə çevirmək üçün həmin tarixin üstünə 622 gəlmək, və ya əksinə, miladi tarixi hicri-şəmsiyə çevirmək üçün həmin tarixdən 622 çıxmaq lazımdır. Məsələn, II Dünya müharibəsinin hicri-şəmsi tarixi ilə hansı ildə başladığını bilmək üçün: 1939 -622=1317. Məlum olur ki, II Dünya müharibəsi hicri-şəmsi tarixinin 1317-ci ilində başlanmışdır.
2. Hicri-qəmərini miladi tarixinə çevirmək üçün başqa qaydadır. Bunun üçün əvvəlcə hicri-qəməri (ay) təqvimi ilə hicri-şəmsi (günəş) təqviminin fərqini bilmək lazımdır. Çünki yuxarıda qeyd edildiyi kimi hicri-qəməri il 354 gün, hicri-şəmsi isə 365 gündür. Buna görə də hər 33 ildən bir hicri-qəməri il, 32 hicri-şəmsi ilinə bərabərdir. Daha doğrusu, hər 32 ildən bir hicri-qəməri ili hicri-şəmsi ilə nisbətən 1 (bir ) il artıq olur. Hazırda hicri-qəməri ilə hicri-şəmsi il arasında 43 il fərq vardır.
Həmin tarixlərin (hicri-qəməri ilə miladi) birini digərinə çevirmək üçün aşağıdakı düsturdan istifadə etmək lazımdır:

H- +622 ;M-622+

(H – hicri; Miladi).
Məsələn, bolşeviklərin Oktyabr çevrilişinin 1917-ci ildə olduğunu hicri-qəməri tarixi ilə neçənci ilə müvafiq gəldiyi ili müəyyənləşdirmək üçün formula müraciət edək:
1917-622=1295 (h.ş) + 40 = 1335 (h.q).
Məsələn, hazırda miladi tarixin 2017-ci ilidir. Hicri-şəmsi və hicri-qəməri tarixin neçənci ildə olduğunu bilmək üçün formuldan istifadə edək:
2017-622=1395 (h.ş)+43= 1438 (h.q)
Bu formulla tarixlərin birini o birinə çevirmək üçün bir neçə ay fərq edə bilər. Həmin tarixlərin ilini, ayını və gününü dəqiq bilmək üçün sinxronik cədvəllərə müraciət etmək lazımdır. (Bax, Tarixləri çevirmək üçün sinxronik cədvəllər (tərtib edəni H.Məmmədbəyli) Azərb SSR.EA.Nəşriyyatı,Bakı, 1961.
Tarixi hadisələrin xronoloji baxımından ardıcıl düzülüşü zaman oxu və ya tarixi lent adlanır.
Zaman oxu ilə bağlı onu bilmək vacibdir ki, 1) verilən hadisələrin hər ikisi eyni eraya aid olduqda, bu hadisələri əks etdirən böyük rəqəmdən kiçik rəqəmi çıxmaq lazımdır.
  2) Verilən hadisələrdən biri bizim eraya, digəri bizim eradan əvvələ aid olduqda isə həmin hadisələri əks etdirən rəqəmləri  toplamaq lazımdır.


Tarix: 11-04-2017, 13:54

Xəbəri paylaş