Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

 

  Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.  Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Bahar qız dövlət başçısına səməni təqdim edib. Dədə Qorqud xeyir-dua verərək, Nov­ruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.  Prezident  İlham Əliyev  Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.  Sonra Prezident və xanımı Dənizkənarı Milli Parka gəliblər. Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl, Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər. Prezident və birinci xanım bayram konsertinə baxıblar. Dövlət başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış olublar.


Tarix: 10-04-2018, 11:47

Xəbəri paylaş