Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Mayın 4-dən birinci sinfə qeydiyyat başlayır


Mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.  
 
I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına mayın 4-dən, Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə isə mayın 6-dan başlanılacaq.
 
6 may 2022-ci il tarixindən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək. Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq. 

Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun tarixlərində keçiriləcək. 
 
Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.  
 
2022-2023-cü tədris ili üzrə birinci sinfə qəbulla bağlı əlavə məlumatı aşağıda təqdim olunan sual-cavab faylından əldə edə bilərsiniz:
 
2022/2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri
 
2022-2023-cü tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab


Tarix: 27-04-2022, 16:31

Xəbəri paylaş