Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Distant tədris prosesinin müddəti uzadıldı

 

Azərbaycan Respublikasında distant tədris prosesinin müddəti uzadılıb. Bununla əlaqədar Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarda dəyişiklik edib.
Dəyişikliyə əsasən, qərarın qüvvədə olma müddəti 2021-ci il yanvarın 31-dək uzadılıb. Bununla da, ölkə ərazisində distant tədris forması yanvarın 31-dək davam edəcək.
Qeyd edək ki, Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.