Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

32-ci Beynəlxalq İnformatika Olimpiadasından 3 medal

                                           




Sinqapurda 32-ci Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib.

87 ölkə və 343 iştirakçının yarışdığı olimpiadaya məktəblilərimiz ADA Universitetindən virtual formatda qoşulublar.

Olimpiadanın 2 yarış günü ərzində  şagirdlərə həll etmək üçün hər gün 3 alqoritmik məsələ olmaqla, 5 saat vaxt verilib. 

Azərbaycan məktəbliləri sözügedən olimpiadada uğurlu nəticə əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə, Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar. 

Qeyd edək ki, şagirdlərimiz 1994-cü ildən etibarən bu müsabiqədə iştirak edir. Builki nailiyyətlərlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş, 7 bürünc medal əldə edilib. 

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi  “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.шаблоны для dle 11.2