Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Prezident Bakının Qala qəsəbəsində 216 nömrəli tam orta məktəb binasının açılışında iştirak edib

     


Bakının Xəzər rayonunun Qala qəsəbəsində yeni inşa olunan 216 nömrəli tam orta məktəb binasının avqustun 26-da açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım yeni təhsil ocağında yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, 216 nömrəli tam orta məktəb 624 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman və akt zalları, kitabxana və yeməkxana fəaliyyət göstərir. Məktəbdə videomüşahidə sistemi və fiber-optik internet quraşdırılıb.

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa olunan bu təhsil müəssisəsinin həyətində geniş abadlıq işləri aparılıb.

 

www.president.az


Tarix: 27-08-2020, 15:51

Xəbəri paylaş