Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Paytaxt məktəblilərinin bayram tədbiri

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.
Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə keçirilən “Yer üzünün sevincidir uşaqlar!” adlı tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə rəhbərləri, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları, müəllimlər, valideyn və şagirdlər iştirak ediblər.
Bayram tədbirinin keçirilməsində əsas məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi isteda­da malik olan uşaqları (gəncləri) üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirmək, yaradıcı məktəbliləri ictimaiyyətə tanıtmaq, onlarda vətənə məhəbbət, dostluq, birlik, sülhsevərlik, milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və müsbət əhvali-ruhiyyə yaratmaqdan ibarətdir.
Bayramda ümumi təhsil məktəblərinin şagirdləri rəngarəng proqramla çıxış edib. İstedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirilib, rəqs kollektivləri milli rəqslərimizlə yanaşı, müxtəlif ölkələrin - Hindistan, Rusiya, Özbəkistan, Türkiyə kimi ölkələrin musiqi nömrələrini ifa edib, Azərbaycan filmlərindən parçalar nümayiş olunub.
Tədbirdə çıxış edən BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bugünün böyük təntənə ilə yüksək səviyyədə qeyd edildiyini bildirib. Bayram münasibətilə uşaqları təbrik edən sektor müdiri azərbaycanlı balaların səsinin daim yüksəklərdən gəlməsini və hər zaman uğur qazanmasını arzulayıb.
Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən uşaqlara kitab hədiyyə edilib.
  Tədbir “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mahnısı ilə yekunlaşıb.


Tarix: 4-08-2017, 09:22

Xəbəri paylaş