Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dünyanın ən kiçik şəhəri: Hum

 
Dünyanın ən kiçik şəhəri Xorvatiyada yerləşən Hum şəhəridir. İstriya yarımadasında yerləşən Hum şəhərində yalnız 17 nəfər yaşayır. 
Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq, şəhərin özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi var. Hum şəhəri kifayət qədər qədim şəhərdir və onun haqqında ilk xatirələr 1102-ci ilə gedib çıxır. Hum şəhərində qədim qala divarlarının, XII əsrdə tikilmiş Müqəddəs İeronima məbədinin, XVI əsrə aid Saat qülləsi və sairlərinin qalıqları var.
Hum - 349 metr yüksək­likdə bir təpənin üstündə yerləşir. Şəhər XI-ci əsrdə qədim Roma qəbiləsinin qalıqları üzərində qurulmuşdur.
Hum Ginnes Rekordlar Kitabına dünyanın ən kiçik şəhəri olaraq daxil edilmişdir.
Əfsanəyə görə - Hum nəhənglərin əl işidir. Nəhənglər Mirna çayının vadisində şəhərlər qurduqdan sonra, onların əlində bir neçə daş qalmışdı ki, nəhənglər də o daşlara Hum qalasını tikdilər.
Şəhər erkən orta əsrlərdə olduğu kimi görünür. Əsrlər boyu şəhərdə heç bir tikili tikilməyib, heç bir şey dəyişməyib. Şəhər, orijinal formasında olduğu kimi daş evlərlə əhatə olunub.
Şəhərin dörd bir yanından əhatə olunduğu heyrətamiz meşə mənzərəsi göz qamaşdırır.

Beyin məlumatını necə saxlayır

Məlumat saxlama - yaddaşdır, yada salma isə öyrənmə ilə sıx bağlıdır.
Psixoloqlar uzun müddətdir ki insanın necə bəzi şeyləri uzun müddət yadda saxladığını, bəzən də nə üçün öyrəndiyi çox şeyi unutduğunu izah etməyə çalışıblar. Ancaq heç kim bu suallara dəqiq cavab tapmayıb.
Nəzəriyyəyə görə, şəxs bir şey öyrənəndə onun beynində fiziki dəyişikliklər baş verir. Beyində müəyyən bir iz qalır. Buna görə, xatirələr beyindən çıxa bilər, yalnız zamanla yox ola bilər. Hər hansı bir hadisəyə münasibətiniz də onu xatırlanacaq və ya xatırlanmayacaq olmasına təsir göstərir. Ümumiyyətlə, insanlar xoşagəlməz və ya ürək sıxıcı hadisələri unutmağa meyl edir və xoş olanı xatırlayırlar.
İnsan beyni ətraf mühitdə baş verən hadisələrin hamısını fərqli formalarda yaddaşda saxlayır. Bu məlumatlardan bəziləri qısamüddətli yaddaşa gedir və bir neçə dəfə istifadə etmək üçün lazım olur. Qısamüddətli yaddaşa gedən məlumatlar bir vaxtdan sonra silinir və beyində yeni məlumatlar üçün yer açılır. Uzunmüddətli yaddaş isə digərindən çox fərqlənir. Ömrümüz boyunca xatırladığımız bu məlumatlar beyin tərəfindən bir neçə əməliyyatdan sonra yaddaşa yazılır. Müəllimlərimiz, ilk tanıdığımız insanlar və sevdiyimiz şeylər, uzunmüddətli yaddaşa nümunədir.
Məlumatın qısamüddətlidən uzunmüddətliyə keçməsi beyində baş verən mürəkkəb və ardıcıl reaksiyalar nəticəsində yaranır. Uzunmüddətli yaddaşa yazılan məlumatlar bir hadisənin davam etməsi və ya bir təcrübənin qazanılması ilə baş verir. Hadisənin və təcrübənin bizə ötürdüyü məlumat, beynimizin əsas neyron sistemini işlədərək məlumatların yerləşdiyi mərkəzə molekulyar siqnallar göndərir. Bu siqnallar genetik kodların yerləşdiyi hüceyrə nüvəsinə qədər yol qət edərək nüvənin fəaliyyətə keçməsinə səbəb olur. Fəallaşan nüvə uzunmüddətli yaddaşa yazılacaq məlumatın yerləşdiyi sinir nöqtələrini genişləndirir. Bu baş verən fəallıqdan sonra məlumat uzunmüddətli yaddaşa həkk olur.
Təbii ki, beyində baş verən bu proseslər oxuduğunuz kimi asan deyil. İnsanın ən vacib xüsusiyyətlərindən biri olan yaddaşı daha yaxşı işlətmək üçün tədqiqat aparan alimlər insan yaddaşındakı məlumatları daha uzun müddət davam etdirmək üçün ciddi testlər aparırlar. Hüceyrə nüvəsinə gedən molekulyar siqnalın nə olduğunu bilməyən alimlər, gün keçdikcə bu molekulyar sinqalın sirrini açıblar.
Bəzi elm adamları məlumatların saxlanılmasının kimyəvi bir proses olduğunu düşünür: fərdi sinir hüceyrələri kimyəvi olaraq kodlanmış məlumatları daşıyır.
Digər alimlər hesab edirlər ki, yaddaş sinir strukturunda baş verən dəyişikliklərin nəticəsidir. Yəni, yaddaş hələ də sirdir.
 
“Qanlı şəlalə”
Antarktidanın Şərqində, Teylor Vadisində inanılmaz təbiət fenomeninə rast gəlmək olar. Cənub qütbündə yerləşən Antraktidanın "Qanlı Şəlalə"si görənləri heyrətə gətirir. Qan-qırmızı dəmir oksidli axıntı Teylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilib. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqələndirilsə də, sonradan səbəbin paslanmış dəmir olması müəyyən edilib. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.
Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalıb. Göl suyunun duzluluğu okean suyunun duzluluğunu 10 dəfə üstələyir. Bu səbəbdən hətta -10 °C temperaturda belə göl donmur.
Hal-hazırda Qan şəlaləsi altında olan göl normal dəniz suyundan 3 dəfə artıq duzludur və donması qeyri mümkündür. Materikdən ayrılması ilə bərabər atmosferlə əlaqəsi kəsilən göl heç gün işığı da ala bilmir və oksi­gendən məhrumdur. Dəmir ilə zəngin olduğu üçün açıqlıqdan axan su, oksigenlə təmas etdiyində paslanır və keçdiyi ərazini qırmızı rəngə boyayır. Qırmızı rənglə axan şəlalə Qan Şəlaləsi olaraq adlandırılıb. Şəlalənin olduğu yerə yalnız helikopter və ya bölgəni ziyarət edən xüsusi gəmilər ilə getmək mümkündür.
 
Dünyamızı dəyişdirən ixtiralar
Keçmiş dövrün bəsit əmək alətlərindən tutmuş bugünkü internet və ya kosmik vasitələrə qədər hər şey insanın necə yaradıcı bir varlıq olduğunu sübut edi. Yaşadığımız dünyada bir çox ixtiralar var.
Lampa yunan dilində (lampas, lampados) məşəl, işıq anlayışlarını bildirir. Közərən lampalar ilk dəfə XIX əsrin əvvəlində ixtira olunub. Şəkildəki lampa 1829-cu ildə Tomas Edison tərəfindən güc qaynağı və kabel sistemi şəklində işıqlandırma vasitəsi kimi ixtira edilib. Onun bu ixtirası dünyaya yayılıb.
 Telefon (qədim yunan dilində tele - uzaq, fon - səs deməkdir) səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazıdır. Bu cihazı ilk dəfə 1876-ci ildə Aleksandr Qraham Bel ixtira edib. Müasir dövrdə telefonun rolu əvəzsizdir.
Mobil telefon. Dünyada ilk mobil telefon 1983-cü il martın 6-da istehsal olunub. Onu mühəndis Martin Kuper ixtira edib. Mobil telefonun rekord göstəricisi 300 kiloqram ağırlığında telefon olub. Bu telefonu 2008-ci ilin oktyabrında Vyetnamda Nguyen Xuan təqdim edib. Həmin telefon 3,2 metr uzunluğunda olub.
Kompas (italyan dilində “com-passo”, yəni “qövs yolu” deməkdir) fəzada istiqaməti təyin etmək üçün ölçü cihazıdır. Kompas ilk dəfə eramızdan əvvəl təqribən III-II əsrlərdə Çində icad olunub. İlk kompas qayıqvarı maqnitdən yaradılıb. “Qayığın” bir ucu kürəyə, bir ucu isə oxa oxşayırdı. Çinlilər XI əsrdə dəmirdən kompas düzəldiblər.
İnternet - latınca internus-daxili; inter - arasında və ingiliscə net - şəbəkə mənalarını bildirir. İnternetin ixtiraçısı Tim Berners-Li hesab olunur. 1960-ci ildə isə internet bir sıra kompüter ixtiraçısı tərəfindən ABŞ-ın müdafiə sənayesi üçün təkmilləşdirilib.
Mətbəə - müxtəlif sahələr üzrə çap materialı istehsal edən xüsusi müəssisədir. Azərbaycanda ilk çap müəssisəsi XIX əsrin əvvəllərində Təbriz şəhərində qurulub.
Mətbəəni ilk dəfə 1440-cı ildə almaniyalı İohann Qutenberq ixtira edib. O, metal hərfləri tərsinə olaraq, metaldan qabarıq şəkildə hazırlayıb. Bu hərflərdən yığılmış mətnləri kağızın üstündə çap edib. İohann Qutenberq 1445-ildə çap üsulu ilə ilk kitabıni buraxıb. Bu ixtiradan sonra Avropada kitab istehsalı güclənib və dünyaya yayılıb.
Teleqraf (qədim yunanca tele - “uzaq” və qraf - “yazıram” mənalarını ifadə edir) siqnalların naqil və ya digər elektrorabitə hesabına ötürülməsidir. İngilis fizikləri Uilyam Kuk və Çarls Uitston 1837-ci ildə naqil vasitəsilə elektrik cərəyanını ötürməklə mesaj göndərməyə nail olublar və nəticədə ilk elektrik teleqraf maşını yaradılıb.
 


Tarix: 12-06-2019, 12:54

Xəbəri paylaş