Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Alimlər şüşə qurbağa kəşf etdi: Daxili orqanları görünür

 
San-Fransisko de Quito Universitetinin professoru Xuan Quayasamin Ekvadorun Amazon meşələrində 2013-2016-cı illər arasında apardıqları elmi tətqiqatlar nəticəsində müxtəlif növ qurbağalar aşkarladıqlarını deyib.
Aşkarlanan qurbağa növləri arasında ən maraqlısı şüşə qurbağa növünə mənsub olan şəffaf rəngli, ürəyi görünən qurbağalar olub.
Qurbağanın bu növü fosforlu qurbağa növlərindən baş nahiyyəsindəki tünd yaşıl nöqtələrlə ayırd edilir.
Fərqli çoxalma prosesinə malik bu qurbağaların boyu iki santimetrdir. Alimlər qurbağanın həddən ziyadə şəffaflığı qarşısında şoka düşüblər.
  Daxili orqanları açıq-aydın görünən şəffaf dərili qurbağaların qarın və döş hissəsini örtən dəri də tamamilə şəffafdır. Bu qurbağaların növünün yeni kəşf olunmasına baxmayaraq, onların nəsli tükənmə təhlükəsi ilə qarşı-qarşıyadır.шаблоны для dle 11.2