Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Hәrbi peşә hazırlığında nizam qaydalarının pedaqoji prosesdә tәsir vasitәsi kimi tәdqiqi


                                             

Mәqalәdә hәrbi peşә, modulla tәlim texnologiyası, pedaqoqlarda emosional tükәnmә sindromu (ETS), pedaqoji prosesdә xarici vә daxili ziddiyyәtlәr, düz vә әks-әlaqәlәr, pedaqoji tәsirdә xüsusi psixoloji mexanizmlәrin әhәmiyyәti, müasir pedaqoji prosesin paradiqmaları (tәhsilalanlara subyekt kimi yanaşma, dioloji ünsiyyәt, ekzistensiallıq – insan tәbiәtinin bütövlüyünün nәzәrә alınması, inteqrativlik, inkişafetdirici xarakterin tәmin edilmәsi, pedaqoji kadrların müasir tәlәblәrә uyğun sәviyyәdә formalaşdırılması, tәdris-tәlim prosesinin fundamentallığı) kimi konseptual mәsәlәlәrin mahiyyәti şәrh olunur, günün nizam qaydaları pedaqoji prosesdә tәsir vasitәsi kimi tәdqiq edilir.
 
Aparılan araşdırmalardan aydın olur ki, hәrbi peşә hazırlığında nizam qaydalarının pedaqoji prosesdә tәsir vasitәsi kimi reallaşdırılması müasir dövrdә kursant şәxsiyyәtinin inkişafında aktual mәsәlәlәrdәn olub, lakin indiyәdәk tәdqiq edilmәyib. Nizam qaydalarına aid olan tәlәblәrin pedaqoji tәsir vasitәsi kimi elmi cәhәtdәn öyrәnilmәsi, oxşar vә fәrqli xüsusiyyәtlәrinin müәyyәnlәşdirilmәsi, uyğunsuzluqlar vә onların aradan qaldırılması, elәcә dә inteqrativ yanaşmalar modeli qurmaqla optimallaşmaya nail olmaq tәdqiqatın mәqsәdini tәşkil edir.

Hәrbi peşә dedikdә, hәrbçinin fiziki qüvvәsi vә sәylәrinin sayәsindә, xüsusi hazırlıq vә iş tәcrübәsi nәticәsindә nәzәri biliklәrә vә tәcrübi vәrdişlәrә yiyәlәnmiş әmәk fәaliyyәti başa düşülür. Bu, prosesin sәmәrәsi modul tәliminin tәşkilinә әsaslanır. Modul tәlimi tәhsil proqramının vә ya tәlim müddәtinin müstәqil bölmәsi olub, konkret hәrbi peşә-ixtisas sәriştәlәrinin formalaşdırılması üzrә materialların ayrı- ayrı bloklarda strukturlaşdırılmış şәkildә bir-biri ilә әlaqәli öyrәnilmәsini nәzәrdә tutur.

 Modulla tәlim texnologiyasının mahiyyәtinә daxildir:
 

 – tәlimdә şәxsiyyәtyönümlü konsepsiyanın reallaşdırılması;
 
– inkişafetdirici pedaqoji texnologiyaların layihәlәndirilmәsi vә praktikada tәtbiqi;
 
– onların müxtәlif şәraitdә, eyni olmayan mövzular üzrә sınaqdan keçirilmәsi;
 
– bu sahәdә pedaqoji tәcrübәnin öyrәnilmәsi.

Tәdris müәssisәlәrindә tәtbiqinә geniş maraq göstәrilәn yeni pedaqoji texnologiyalardan biri dә modulla tәlim texnologiyasıdır. Modulla tәlim texnologiyası dedikdә, kursantların müstәqil olaraq nizam qaydaları çәrçivәsindә dәrs zamanı vә dәrsdәnkәnar modullu iş prosesindә konkret tәlim mәqsәdlәrinә nail olması başa düşülür.

Tәcrübә göstәrir ki, tәdris prosesindә moduldaxili vә modullararası inteqrasiyanın tәmin edilmәsi bilik vә bacarıqların kursantlar tәrәfindәn daha asan mәnimsәnilmәsindә, dәrslәrin maraqlı vә mәzmunlu qurulmasında, onlarda tәdqiqatçılıq meyillәrinin yaranmasında vacib şәrtlәrdәn biridir.

Hәr hansı bir peşә (ixtisas) müәyyәn qabiliyyәt tәlәb edir. Peşәlәrin (ixtisasların) hamısı üçün zәruri olan qabiliyyәtlәrin, xüsusilә, yaradıcılıq qabiliyyәtinin olması vacibdir. Müәyyәn peşәni vә ya ixtisası öyrәnmәk, bu sahәdә uğurla çalışmaq üçün insan peşәnin şәxsiyyәt qarşısında qoyduğu tәlәblәrә uyğun olmalıdır. Kursant hәrbi sahә üzrә hazırlanan gәlәcәk mütәxәssis (zabit) olub seçdiyi ixtisasdan asılı olmayaraq, hәmişә hәrbi pedaqoji tәsir zamanı qarşılıqlı әlaqәdә (öyrәdәn vә öyrәnәn) bәrabәrhüquqlu subyekt kimi fәaliyyәt göstәrәrәk inkişaf edir.

Hәrbi peşә (ixtisas) seçәn şәxslәrdәn vәtәnpәrvәrlik, konkretlik, dәqiqlik, icra intizamı, iradәlilik, qәtiyәtlilik, dözümlülük vә sәliqәlilik tәlәb olunur. Bu keyfiyyәtlәr bәzәn bir çox sahәlәrdә böyük әhәmiyyәt kәsb etmәsә dә, hәrbi sahәdә işlәyәn şәxslәr üçün hәyati әhәmiyyәtә malikdir.

“Azәrbaycan Respublikasında tәhsilin inkişafı üzrә Dövlәt Strategiyası”nda qeyd edilir:
“Azәrbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq, şәxsә hәrtәrәfli bilik vә bacarıqların verilmәsi mәqsәdilә tәhsil sisteminin institusional әsasları, infrastrukturu vә insan resursları inkişaf etdirilmәlidir. Tәhsilin inkişafı ölkәdә әhalinin rifahının yaxşılaşması, hәmçinin fәrdin hәyatının daha yüksәk sәviyyәdә qurulması üçün zәmin yaradır. Tәhsil insanlara texnologiyaları çevik mәnimsәmәk, әmәk bazarında layiqli yer tutmaq vә ömür boyu tәhsil prosesinә qoşulmaq, sağlam hәyat tәrzi, әtraf mühitә münasibәtdә düzgün mövqe seçmәk imkanı verir”.

Sosial-iqtisadi hәyatın müasirlәşdirilmәsindә tәhsilin rolu tәkcә tәhsilalanın qazandığı bilik vә bacarıqların iqtisadi amilә çevrilmәsi ilә mәhdudlaşmır. Tәhsil prosesindә kursantın qazandığı bilik vә bacarıqlar, elәcә dә etik-әxlaqi norma vә dәyәrlәr (nizam qaydaları) cәmiyyәtin layiqli üzvü olması üçün onu lazımi şәraitlә tәmin edir.

Müasir dövrdә emosional tükәnmә sindromuna (ETS) pedaqoqlarda (müәllimlәrdә) vә digәr sosionomik peşә nümayәndәlәrindә daha çox rast gәlinir. Bu baxımdan onun yaranmasına tәsir edәn amillәrin öyrәnilmәsi aktuallıq kәsb edir.

 Ümumiyyәtlә, peşәlәr müxtәlif olduğundan onların qruplaşdırılması da eyni deyil. İnsanın iş fәaliyyәti ilә bağlı olaraq peşәnin beş tipi ayırd edilir: “İnsan – Tәbiәt”, “İnsan – Texnika”, “İnsan – İnsan”, “İnsan – İşarәlәr sistemi”, “İnsan – Bәdii obraz”.

Hәrbi peşә hazırlığında nizam qaydalarının pedaqoji prosesdә tәsir vasitәsi kimi istifadәsi zamanı sosionomikliyә xas olan emosional münasibәtlәr uyğunsuzluq baxımından özünü göstәrir. Burada müәllimin sәriştә vә peşәkarlığı vәhdәt tәşkil etmәklә pedaqoji ünsiyyәtin imkanlarından sәmәrәli istifadә edilir, yaranan uyğunsuzluq aradan qaldırılır, hәrәkәtverici qüvvә yaranır.

Sosionomik peşә dedikdә, әmәk predmeti insan olan (mәsәlәn, müәllimlik, hәkimlik, pedaqoq, psixoloq vә s.) peşәlәr nәzәrdә tutulur. Heç şübhәsiz, sosionomik peşәlәrdә peşә sahiblәri ilә “әmәk predmeti” arasında pedaqoji tәsir zamanı müәyyәn emosional münasibәtlәr yaranır. Tәcrübәdәn aydın olur ki, müәyyәn situasiyalarda yaranan emosional uyğunsuzluq müәyyәn patoloji hala vә nәticәdә, emosional tükәnmәyә sәbәb ola bilir.

Müәllim hәrbi peşә hazırlığında kursantlara pedaqoji tәsir prosesinin dinamikasında emosional tükәnmәni tәsәvvür etmәyi bacarmalıdır. Onun tәzahürlәri belә tәsvir edilir: emosional, әqli vә fiziki üzülmә – depressiv hal, yorğunluq vә tükәnmә hissi, enerji vә şövq çatışmazlığı, öz әmәyinin pozitiv nәticәlәrini görmәk qabiliyyәtini itirmә, işә vә bütövlükdә hәyata qarşı neqativ köklәnmә, iştirakçılara (tәhsilalanlara) mәnfi münasibәt vә s.

Y.A.Leşukovaya görә, emosional tükәnmә sindromuna (ETS) xaraktercә üç tip insanda (vasvasılar, nümayişkaranә vә emotiv) daha çox rast gәlinir. Vasvasılar tipinin әsas xarakteristikaları: mütlәqliyә qәdәr qaldırılmış düzlük, hәddindәn artıq sәliqәlilik, hәr işdә nümunәvi olmağa çalışmaq (hәtta özünün ziyanına olsa belә). Nümayişkaranә tip insanlar hәr şeydә birinciliyә, daima göz qabağında olmağa cәhd edirlәr. Bununla belә, onlara nәzәrәçarpmaz mühafizәkar işlәrin icrası zamanı yüksәk dәrәcәdә әldәndüşmә xasdır. Emotiv tip insanlar yәni, emotiklәr empatiyanın vә qayğıkeşliyin yüksәk olması ilә seçilirlәr.

Hәrbi pedaqoji prosesin ikitәrәfli olması sosionomikliyә xas olan emosional münasibәtlәrin yaranmasına tәkan verir. Kursantların hәrbi peşә hazırlığında günün nizam qaydalarının pedaqoji tәsirinin problem kimi tәdqiqindә sosionomikliyә xas olan emosional münasibәtlәrin yarada bilәcәyi uyğunsuzluqların vә onların mәnfi tәsirlәrinin aradan qaldırılması әsas predmet olaraq seçilib. Onların arasındakı vasitәlәr sistemi, o cümlәdәn şәraitlә bağlı, demәk olar ki, sosionomikliyә xas emosional münasibәtlәrin sәbәb olduğu dәyişikliklәr aydın deyil. Kursantın peşә hazırlığında mәqsәdyönlü, mütәşәkkil vә planlı pedaqoji tәsirlәrin sәmәrәliliyi ilk növbәdә hәr bir iştirakçının günün nizam qaydalarına riayәtetmә sәviyyәsindәn asılıdır.

Pedaqoji tәsirlә kursantlarda idrak fәallığının yaradılması vә saxlanılması xüsusi psixoloji mexanizmlәrin (problemli vәziyyәtin yaradılması, dialoqun vә әmәkdaşlığın zәruriliyi, öyrәnәn – tәdqiqatçı, müәllim – fasilitator, psixoloji dәstәk: hörmәt vә etibar) tәtbiqini zәruri edir.

Problemli vәziyyәt – mәsәlәnin hәllindә ziddiyyәtlәrin, müxtәlif fikirlәrin vә variantların mövcudluğunu ehtiva edir. Bu mövqeyi yaratmaq üçün tәlim prosesi – tәdqiqat olmalıdır. Tәdqiqat isә ilk növbәdә problemin qoyulmasından başlanır. Bu cür vәziyyәt kursantları qarşıya qoyulmuş mәqsәdә nailolma yollarını axtarmağa sövq edir vә onların tәfәkkürünü fәallaşdırır. Bu da öz növbәsindә kursantlarda idrak fәallığı yaradır, onların tәdqiqat fәaliyyәtini artırır.

Problemin hәlli müxtәlif fәrziyyә vә baxışların nәzәrdәn keçirilmәsini vә әn optimal metodun tapılmasını şәrtlәndirir. Bu isә mәhz tәlim prosesinin digәr iştirakçıları ilә fәal әmәkdaşlıq prosesindә mümkündür. İdrak fәaliyyәtinin fәallaşdırılmasının әn başlıca mexanizmlәrindәn biri – әnәnәvi tәlim sxemini dәyişdirәrәk, ona tәdqiqat xarakteri vermәkdir. Bu da kursantın biliklәrin mәnimsәnilmәsi prosesinin başlıca simasına vә bәrabәrhüquqlu subyektinә çevrilmәsi demәkdir. Kursantların fәal idrak mövqeyinin lazımi sәviyyәdә olmasının zәruri şәrti müәllimin hәr bir öyrәnәnә fәrdi münasibәtindәn, sinifdәki mühiti xüsusi hәssaslıqla duymasından ibarәtdir.

Hәrbi peşә hazırlığında günün nizam qaydalarının tәtbiqi kursantların düşüncә, iradә vә emosiyalarına tәsir göstәrmәklә onlarda tәlәb olunan keyfiyyәtlәrin formalaşmasını tәmin edir.

 Tәhsil illәrindә kursantın hәrbi peşә hazırlığında nizam qaydalarının vaxta görә tәtbiqi:
 

 1. Qalx 06.00
 
2. Sәhәr tualeti 06.05 – 06.10
 
3. Sәhәr idmanı 06.10 – 06.50
 
4. Sәhәr yemәyinә hazırlıq 06.50 – 07.20
 
5. Sәhәr yemәyi 07.20 – 08.00
 
6. Sәhәr düzülüşü 08.00 – 08.30
 
7. Tәdris vaxtı:
 
1-ci saat 08.30 – 09.20 fasilә – 10 dәq.
 
2-ci saat 09.30 – 10.20 fasilә – 10 dәq.
 
3-cü saat 10.30 – 11.20 fasilә – 10 dәq.
 
4-cü saat 11.30 – 12.20 fasilә – 10 dәq.
 
5-ci saat 12.30 – 13.20 fasilә – 10 dәq.
 
8. Nahar vә nahara hazırlıq 13.30 – 13.50
 
9. Nahara düzülüş 13.50 – 14.00
 
10. Nahar 14.00
 
11. Nahar vә nahardan sonrakı vaxt 14.00 – 15.00
 
12. Silah-sursatın tәmizlәnmәsi 15.00 – 16.50
 
13. Kütlәvi mәdәni saat 16.00 – 16.50
 
14. Kütlәvi idman tәdbirlәri 17.00 – 18.50
 
15. Sәrbәst vaxt 19.00 – 19.50
 
16. Axşam yemәyinә düzülüş 19.50 – 20.00
 
17. Şam yemәyi 20.00
 
18. “Xәbәrlәr” verilişinә baxış 21.00 – 21.30
 
19. Axşam gәzintisi 21.30 – 21.40
 
20. Axşam yoxlanışı 21.40 – 21.50
 
21. Axşam tualeti vә tәmizlik 21.50 – 22.00
 
22. Yat 22.00

Qeyd olunan müddәtdә nizam qaydalarına aid olan tәlәblәrin hәr biri pedaqoji tәsirdә vasitә olub, öz funksiyasına görә fәrqlidir.

Burada mәqsәd pedaqoji prosesdә nizam qaydalarından tәsir vasitәsi kimi sәmәrәli istifadә etmәklә müasir tәlәblәrә cavab verәn zabit kadrlar yetişdirmәkdir.

 Günün nizam qaydalarının hәrbi pedaqoji prosesә effektiv tәsiri kursantın zәruri bilik, anlama, tәtbiqetmә, tәhlil, tәrkib, qiymәtlәndirmә üzrә verilәn sualları cavablandırması ilә әlaqәdar bacarıqlarını aşağıdakı tәlәblәrә uyğun nümayiş etdirmәsindәn aslıdır:

 bilik (informasiyanı eşitdiyi formada tәkraretmә bacarığı);

 
anlama (mövzuya dair hәr hansı bir fikri öz sözlәri vә ya hәr hansı başqa bir yolla yenidәn söylәmә bacarığı);

 
tәtbiqetmә (yenicә öyrәndiyi üsuldan istifadә etmәklә tapşırığı hәlletmә bacarığı),

 
tәhlil (mürәkkәb bir ideyanın sәbәbi, nәticә vә digәr tәrkib hissәlәrini tapmaq bacarığı);

 
tәrkib (bir neçә ideyanın yeni ideya ilә birlәşdirilmәsi, köhnә ideyanın yeni variantını tapma bacarığı);

 
qiymәtlәndirmә (konkret ideyanı, yaxud hәr hansı bir prosesi qiymәtlәndirmәk bacarığı).

 Bilik, anlama, tәtbiqetmә, tәhlil, tәrkib, qiymәtlәndirmә üzrә verilәn sualların cavablandırılması ilә әlaqәdar bacarıqlar dörd sәviyyәdә dәyәrlәndirilmәlidir, mәsәlәn, tәsvirlә әlaqәdar nümunә:

 Sәviyyә – 4 (әn yüksәk): mükәmmәl, dәqiq tәsviri verilir;
 
Sәviyyә – 3: yaxşı tәsviri verilir;
 
Sәviyyә – 2: tәsvir edilir;
 
Sәviyyә – 1: tәsvir edilmir.

Mövzu ilә bağlı gözlәnilәn müsbәt nәticәlәrin әsasında pedaqoji prosesin müasir tәlәblәr baxımından idarә olunması vә bu işdә fasilәsiz, sistemli tәsir vasitәsi kimi nizam qaydalarının intensiv imkanlarının müәllim tәrәfindәn tәmin edilmәsi dayanır. Mәsәlәyә aydınlıq gәtirmәk üçün pedaqoji proses anlayışının mahiyyәtinin öyrәnilmәsi mәqsәdәuyğundur. Qarşıya qoyulmuş mәqsәdә çatmaq üçün müәllim vә dinlәyicilәrin qarşılıqlı tәsirinә pedaqoji proses deyilir. Bu qarşılıqlı pedaqoji tәsirdә günün nizam qaydaları sistemli vasitә olub qabaqcadan nәzәrdә tutulmuş şәkildә kursantların peşә hazırlığında vәziyyәtinin, xassә vә keyfiyyәtlәrinin dәyişmәsinә gәtirib çıxarır. Yәni, pedaqoji prosesdә mәnimsәnilәn sosial tәcrübә şәxsiyyәtin (kursantın) keyfiyyәtinә çevrilir.

 Mütәxәssislәr qeyd edirlәr ki, tәcrübәnin verilmәsindә, pedaqoji gerçәklik mövcuddur. Pedaqoji proses isә pedaqoji gerçәklikdәn daha dar anlayışdır. Demәk, pedaqoji proses tәcrübәnin verilmәsi vә qәbul edilmәsi әmәliyyatıdır. Burada düz vә әks-әlaqәlәr vәhdәt halında fәaliyyәt göstәrir. Әgәr idarә edәn (tәsir göstәrәn) müәllim “M”, idarәolunan (tәsiri qәbul edәn) kursant “K”, onların arasındakı vasitәlәr sistemini, o cümlәdәn şәraiti “S” ilә işarә etsәk, pedaqoji prosesi “M⇄S⇄K” kimi göstәrmәk olar.

Hәrbi peşә hazırlığında nizam qaydalarının pedaqoji prosesdә tәsir vasitәsi kimi rolunu

 “M⇄S⇄K” qeyd edilәn bu sxemdәn aydın dәrk etmәk olar. Hәrbi peşә hazırlığında pedaqoji prosesdә yarana bilәcәk bütün uyğunsuzluqların tәsir edәn, tәsiri qәbul edәn vә vasitәlәr sistemindәn asılılığı kontekstindә öyrәnilmәsi vacibdir. Bu baxımdan “S” pedaqoji prosesi hәr iki tәrәfin mәqsәdyönlü fәaliyyәtinin tamlığını tәmin edәn bütün altsistemlәrin mәcmusudur. Aparılan tәhlillәrdәn aydın olur ki, hәrbi peşә hazırlığında günün nizam qaydalarının effektivliyinin müәllimlәr, elәcә dә kursantlar tәrәfindәn dәyәrlәndirilmәsinә ehtiyac var.

 Tәdqiqatın müәyyәnlәşdirici mәrhәlәsindә aşağıdakı mәsәlәlәrin tәhlili fikrimizin doğruluğunu bir daha tәsdiqlәyir:
 

 1. Günün nizam qaydalarının kursantların tәrbiyә işinin tәşkilindә rolu.
 
2. Günün nizam qaydalarına uyğun olaraq kursantların tәlim әmәyinin fәrqlәndirilmәsi.
 
3. Kursant şәxsiyyәtinin formalaşdırılmasında günün nizam qaydaları pedaqoji tәsir vasitәsi kimi.
 
4. Gün әrzindә kursantın nizam qaydalarına uyğun fәaliyyәtinin mәzmunu.
 
5. Günün nizam qaydalarının tәlәblәri üzrә kursantların tәlim әmәyinin dәyәrlәndirilmәsi.
 
6. Nizam qaydalarına görә kursantların buraxdığı sәhvlәrin tәhlili.
 
7. Kursantların ahәngdar inkişafının tәmin olunmasında günün nizam qaydalarından sәmәrәli istifadә.
 
8. Kursantların mәnәvi keyfiyyәtlәrin qazanılmasına yönәlәn tәdqiqat işlәri, referatlar.

Hәrbi peşә hazırlığında kursantın şәxsiyyәt kimi formalaşmasında vә sәriştәli olmasında müәllimin rolu danılmazdır. Mәhz buna görә müәllim, pedaqoji prosesin komponentlәrinin funksiyasını mәntiqi, tәnqidi vә yaradıcı tәfәkkür cәhәtdәn mükәmmәl bilmәli vә onu tәtbiq etmәyi bacarmalıdır.

 Müşahidәlәr göstәrir ki, müәllimlәrin әmәkdaşlıq pedaqogikasının tәtbiqi üzrә tәlim işinin qurulmasında müәyyәn çәtinliklәr var.

Pedaqoji prosesin komponentlәri arasında qırılmaz әlaqәlәr mövcuddur.. Pedaqoji proses ictimai әhәmiyyәtli mәqsәdlәrә çatmaq üçün hәyata keçirilәn әmәk prosesidir. Pedaqoji prosesin subyektivliyi ondadır ki, burada öyrәdәnlә öyrәnәnin әmәyi bir-birinә qoşulur. Nәticәdә, özünәmәxsus qarşılıqlı tәsir münasibәtlәri yaranır. Hәrbi peşә hazırlığı prosesindә pedaqoji әmәyin obyektinә mürәkkәblik, sistemlilik, özünütәnzimlәmә, keyfiyyәt dәyişikliyi, öz-özünә inkişaf da xasdır. Hәrbi pedaqoji proseslәr çoxvariantlı, dәyişkәn vә tәkrarolunmazdır.

Kursantın şәxsiyyәt kimi formalaşması pedaqoji әmәyin predmetini tәşkil edir. Kursant öz peşәsi üzrә inkişafın ilkin mәrhәlәsindә olduğundan, öyrәdәn üçün vacib olan bilik, bacarıq, vәrdiş vә tәcrübәyә yiyәlәnmәyib. Burada әsas mәqsәd öyrәdәnin ona peşә ilә әlaqәdar arzuolunan tәsir göstәrmәsidir. Hәr hansı bir әmәk prosesi kimi pedaqoji proses tәşkilolunma vә idarәolunma sәviyyәsinә, texnologiyasına, qәnaәtçiliyinә, mәhsuldarlığına görә dәyәrlәndirilir. Onların bir-birindәn ayrılması әldә olunmuş göstәricilәrin (sәviyyәlәrin) nәinki keyfiyyәt, hәm dә kәmiyyәt baxımından qiymәtlәndirilmәsi meyarlarının әsaslandırılması üçün imkanlar yaradır.

Hәrbi pedaqoji proses daxilәn bir-biri ilә bağlı olan әmәliyyatların mәcmusu olub, mahiyyәti ondan ibarәtdir ki, burada öyrәdilәn sosial tәcrübә formalaşan insanın (kursantın) keyfiyyәtinә çevrilir. Pedaqoji proses tәlim, tәhsil, tәrbiyә vә inkişaf proseslәrinin mexaniki birlәşmәsi olmayıb, xüsusi qanunauyğunluqlarla tәnzimlәnir. Ümumiyyәtlә, pedaqoji prosesdә uyğunsuzluğun hәlli pedaqoji elmin aktual mәsәlәlәrindәn biridir. Bu mәsәlәnin düzgün başa düşülmәsi vә dәqiq şәrhi pedaqogikanın digәr problemlәrinin uğurlu hәlli üçün xüsusi әhәmiyyәt kәsb edir.

Pedaqoji prosesdә ziddiyyәtlәr iki qrupa ayrılır: zahiri (xarici) vә daxili ziddiyyәtlәr. Daxili ziddiyyәtlәrlә xarici ziddiyyәtlәr arasında müәyyәn әlaqә var. Buna görә dә hadisәlәrin, proseslәrin inkişafı sәbәblәrini nәzәrdәn keçirәrkәn daxili vә xarici uyğunsuzluqları nәzәrә almaq lazımdır. İnkişaf prosesindә daxili vә xarici ziddiyyәtlәri bir-birindәn fәrqlәndirmәk lazımdır. Çünki inkişafda bunların rolu eyni deyil. Daxili vә xarici ziddiyyәtlәr inkişaf prosesindә vәhdәt tәşkil edir. Psixi proseslәrin inkişafında ziddiyyәtlәrin mәnbә rolunu oynaması tәkzibedilmәz faktlarla sübut edilir. Burada daxili ziddiyyәtlәrin xarici tәsirlәrlә yaranması, idraki uyğunsuzluqların әmәlә gәlmәsi, bunların hәlli vә inkişafın bu yolla davam etdirilmәsi tәlәb olunur.

 Hәrbi peşә hazırlığında pedaqoji prosesin tәsirinin hәrәkәtverici qüvvәlәri aşağıdakı dialektik ziddiyyәtlәrdәn ibarәtdir:

 1. Müәllimin pedaqoji tәsirgöstәrmә imkanları ilә kursantın hәmin tәsirlәri qәbuletmә imkanları arasındakı ziddiyyәt: müәllimin tәsirlәri kursantın imkanlarına uyğun gәlmәdiyi kimi (tәsir sәviyyәsindәn yuxarı vә ya aşağı olur), kursantın dә әks-tәsirlәri müәllimin sәviyyәsinә uyğun gәlmir (müәllim kursantın imkanlarını nәzәrә almır, kursantın sәviyyәsinә әsaslanmır). Bu imkanlararası ziddiyyәt pedaqoji prosesdә hәlli vacib hәrәkәtverici qüvvәdir.

 
2. Tәrbiyәnin ümumi mәqsәdi ilә mövcud ictimai münasibәtlәr arasındakı ziddiyyәt (ictimai münasibәtlәr sürәtlә inkişaf edir, mәqsәdin dәqiqlәşdirilmәsi isә lәng hәyata keçirilir).

 
3. Tәrbiyәnin mәzmunu ilә mәqsәdi arasındakı ziddiyyәt (mәzmunun yenilәşdirilmәsi mәqsәdin sürәtlә inkişafından geri qalır).

 
4. Tәrbiyәnin metodları ilә vasitәlәri arasındakı ziddiyyәt. Yeni vasitәlәr meydana çıxır, lakin әnәnәvi metodların tәtbiqdәn kәnara çıxa bilmirik.

 
5. Pedaqoji tәsirin ümumi, onun kursant tәrәfindәn qәbul edilmәsinin isә fәrdi olması arasındakı ziddiyyәt. Müәllim kollektivә tәsir göstәrir, amma bu tәsiri hәr kursant öz xüsusiyyәtlәrinә uyğun qәbul edir.

 
6. Kursantların hәrtәrәfli inkişafına nail olmaq tәlәbi ilә fәrdlәrin konkret qabiliyyәtinin inkişaf etdirilmәsi arasındakı ziddiyyәt.

Pedaqoji әdәbiyyatda zahiri vә daxili ziddiyyәtlәrin mahiyyәtini açan tәrifin verilmәsinә ehtiyac var. Pedaqoji prosesin cәrәyan etdiyi mühit amillәrindәn ona tәsir göstәrәrәk gedişini çәtinlәşdirәn, lakin hәlli mümkün olan uyğunsuzluqlar zahiri ziddiyyәtlәrdir. Zahiri ziddiyyәtlәr arasında ideal ahәngdarlığı tәmin etmәk hәlәlik çәtin olsa da, bu istiqamәtdә fәaliyyәti güclәndirmәk lazımdır ki, öyrәnәnlәrin ictimai әhәmiyyәt kәsb edәn mәnәvi keyfiyyәtlәri cәmiyyәtin tәlәblәrinә maksimum yaxınlaşsın.

Tәdris müәssisәlәri qarşısında duran vәzifәlәrlә cәmiyyәtin imkanları, pedaqoji tәsirlәrlә sosioloji tәsirlәr, ailәnin tәsiri ilә mәktәbin tәsiri vә ayrı-ayrı müәllimlәrin tәsirlәri arasındakı ziddiyyәtlәr üçün xarakterik cәhәt budur ki, belә ziddiyyәtlәr pedaqoji prosesә birbaşa deyil, dolayı yolla tәsir göstәrir, bununla da öyrәnәnlәrin tәlim-tәrbiyә işini çәtinlәşdirir.

 Elmi tәdqiqatlar hәrbi pedaqoji prosesә xas olan yeni-yeni ziddiyyәtlәri (xüsusilә dә daxili ziddiyyәtlәr) üzә çıxarır:
 

 tәrbiyә olunan şәxs qarşısında qoyulmuş ictimai әhәmiyyәtli vәzifәlәrlә, bu vәzifәlәrin öhdәsindәn gәlmәk üçün onun mövcud marağı arasında;

 
doğma yurdun әsil vәtәndaşı olmağın obyektiv zәruriliyi ilә hәyat tәcrübәsinin uşaqda azlığı arasında;

 
seçilmiş mәqsәdlә subyektiv imkanlar arasında;

 
subyektin nail olduğu inkişaf sәviyyәsi ilә onun hәyat tәrzi arasında; şәxsdә işlәmәk, bilikli vә bacarıqlı olmaq arzusu ilә işin çәtinliyi arasında;
 
şәxsin hisslәri arasında;

 
şәxsdә sәrbәstliyin güclәnmәsi ilә ona himayәdarlıq arasında; öyrәnәnin motivlәri arasında;
 
öyrәnәnin azadlığa meyili ilә obyektiv zәrurәt arasında ziddiyyәtlәr.

Daxili ziddiyyәtlәr pedaqoji proses ünsürlәrinin tәsiri ilә öyrәnәnin psixologiyasında yaranan vә hәlli mümkün olan uyğunsuzluqlardır.

 İstifadә edilmiş әdәbiyyat siyahısı:
 

1. Şahbazov, T. Kursantın peşә hazırlığı pedaqoji tәsirә әsaslanır // BDU-nun beynәlxalq konfrans materialları, – Bakı: Ekoprint, – 4-5 aprel, – 2019.
2. Nağıyeva, V. Emosional tükәnmә sindromu: anlayışı vә öyrәnilmә tarixi // Dirçәliş. XXI әsr. – 2013. № 176-177, – s. 401-408.
3. Лешукова, Е. Синдром сгорания. Защитные механизмы. Меры профилактики // Вестник РАТЭПП. – 1995. №1, – s. 45-52.
4. Hәsәnov, A. Hәrbi pedaqogika / A.Hәsәnov. – Bakı: Tәknur, – 2018. – 240 s.
5. Ağayev, Ş. Texniki-peşә tәhsili müәssisәlәrindә tәlimin tәşkilinin didaktik mәsәlәlәri / Ş.Ağayev, S.Mәmmәdova. – Bakı: Nasir nәşriyyatı, – 2010. – 204 s.

 
Telman Şahbazov,
 Hərbi Akademiyanın əməliyyat məharəti strategiyası şöbəsinin rəisi, polkovnik