MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ MUSİQİMİZDƏ
Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyalarından ən təcəssümü olan milli musiqi mədəniyyətimiz haqqında demişdir: "Azərbaycan xalqının musiqi irsi zəngindir. Biz folklor musiqisini, əsrlər və minilliklər ərzində xalq tərəfindən yaradılıb, nəsildən-nəsilə yadigar verilən musiqini nəzərdə tuturuq. Biz Azərbaycanda nisbətən yaxın keçmişdə əsrin əvvəllərində yaradılan, lakin tarixən qısa müddət ərzində böyük, şanlı yol keçərək, indi müasir, professional sənətin ən yüksək səviyyəsində duran musiqini də nəzərdə tuturuq. Sizin yaradıcılıq fəaliyyətiniz, bax, bu bunövrəyə əsaslanmalı, bu təməl üzərində qurulmalıdır. Siz bu zənqin materialdan geniş istifadə etməlisiniz".
Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən adət-ənənələrimiz, musiqimiz, maddi-mənəviyyat nümunələri və s. insanın formalaşmasında əsas amillərdəndir. Azərbaycan musiqisi və burada yaşanan tarixi köklərimiz, xalqın düşüncə tərzi, adət-ənənələrə hörmət və s. məqamlar gələcək nəsilə lazımi şəkildə təqdim olunmalıdır.
Bu gün dünyamızda Azərbaycan iqtisadi, sosial inkişafı, tolerant ölkə kimi deyil, eyni zamanda maddi-mədəni abvidələri, folkloru, gözəl adət-ənənələri, incəsənəti, musiqisi ilə fəxr ediləcək ölkədir. Xalqımızın min illər boyu formalaşan milli-mənəvi dəyərləri, mədəniyyəti xalqımızın keçmişi ilə bu günü və gələcəyi arasında mənəvi körpü yaradılıb. Belə dəyərlərin öyrənilməsi, onların təbliği hər zaman aktual olduğu kimi, bu günün tələbatı baxımından də zəruri hesab olunub.
Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən, iqtisadi sahədə yüksək naliyyətlər əldə edən ölkə olaraq söz sahibinə çevrilib və milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə heyrət doğurub. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq səfəri ölkəmizi mədəniyyətlərarası dialoqa töhfələrini verən ölkə kimi tanıdır.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanı ən yüksək şəkildə təmsil edərək, xalqın dəyərlərini, mədəniyyətini, adət və ənənələrini, mövcud problemlərini dünya dövlətlərinin diqqətinə çatdıraraq, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan reallıqlarına yönəldir.
Azərbaycan musiqisi, qədim muğamlar, təsviri sənəti minlərlə avropalını bənzərsiz bədii gözəlliyi və mənəvi kamilliyi, habelə fəlsəfi məzmununun dərinliyi ilə heyran edir. Azərbaycan muğamının dirçəlməsi onun dünya çərçivəsində geniş tətbiq edilməsi, habelə bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmlənməsi dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
Azərbaycan muğamını YUNESKO tərəfindən bəşəriyyətin irsinin qeyri-maddi irsinin şah əsəri elan olunması qürurvericidir.