Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri üçün ustad dərsləri

 

Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə ali və orta-ixtisas təhsili müəssisələrinin tələbələri üçün futzal idman növü üzrə AFFA mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilib.
Tədbirin təşkilində əsas məqsəd tələbələr arasında futzal idman növünə olan marağı artırmaq, tələbələrdən ibarət futzal üzrə yığma komandanın beynəlxalq səviyyədə layiqincə təmsil olunmasını təmin etməkdən ibarətdir.
Tələbələr arasında futzal üzrə Respublika birinciliyinə hazırlıqla əlaqədar keçirilən tədbir çərçivəsində tələbə futbolçular AFFA-nın peşəkar məşqçilərinin rəhbərliyi ilə müxtəlif fəndlər nümayiş etdiriblər. 500 nəfərdən artıq tələbənin tamaşaçı qismində iştirak etdiyi tədbirin sonunda futzal üzrə AFFA-nın 19 yaşlılardan ibarət yığma komandası ilə Azərbaycan Politexnik Universitetinin komandası arasında yoldaşlıq oyunu keçirilib. Oyun 1-1 hesabı ilə başa çatıb.
Ustad dərslərinin digər ali təhsil müəssisələrində davam etdiriləcəyi nəzərdə tutulub.


Tarix: 8-11-2018, 12:01

Xəbəri paylaş