Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun rektoru “METAK” şirkətinin nümayəndələri ilə görüşüb

 
Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “METAK” şirkətinin nümayəndə heyəti ilə görüş keçirib.
Universitet haqqında qonaqlara ətraflı məlumat verən ADNSU-nun rektoru, professor M.Babanlı insan kapitalının inkişafının prioritet istiqamət olduğu bir vaxtda müasir texniki avadanlıqlarla işləyən müəssisələrlə əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunub. Tələbələrin motivasiyası, praktiki vərdişlər qazanması və yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi üçün təkcə universitet təhsilinin kifayət etmədiyini söyləyən rektor M.Babanlı müəssisələrlə birgə işlərin aparılmasını və gündəlik təcrübənin keçirilməsinə dəstək verilməsinın əhəmiyyətini qeyd edib.
Şirkət olaraq yeni ideyalara və ADNSU ilə əməkdaşlığa hər zaman hazır olduğunu deyən “METAK” şirkətinin təsisçisi Alik Kərimov təmsil etdiyi müəssisə haqqında geniş məlumat verib. Hazırda şirkətin müxtəlif növ boruların istehsalı və satışı sahəsində ixtisaslaşdığını qeyd edən A.Kərimov müasir proqramlarda işləyə bilən ixtisaslı kadrlara ehtiyac olduğunu və bu sahədə kadr çatışmazlığını aradan qaldırmaq üçün birgə fəaliyyət planının hazırlanmasının vacib olduğunu vurğulayıb.
Sonra startap layihələrindən və onların dünya bazarına çıxarılmasının əhəmiyyətindən danışılıb. Tədbir iştirakçıları ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinə baş çəkərək tələbələrin startap ideyları və gerçəkləşdirilən layihələri ilə tanış olublar. Qonaqlar universitetin “Elektromexanika” kafedrasında və auditoriyalarda olub, universitetdə quraşdırılan alternativ enerji mənbələri (günəş enerjisi ilə işləyən panellar) ilə tanış olublar.
   


Tarix: 23-02-2018, 10:15

Xəbəri paylaş