Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU və Bilik Fondu 20 Yanvar şəhidlərinə həsr olunmuş birgə tədbir keçiriblər

 
Yanvarın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əcnəbi tələbələr üçün 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli və əcnəbi tələbələr iştirak edib.
ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent A.Babayev əcnəbi tələbələrə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi və 20 Yanvar faciəsi haqqında məlumat verib.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri N.Məmmədli əcnəbi tələbələrə Azərbaycan xalqının milli azadlıq hərəkatı, həmin dövrün siyasi vəziyyəti və xalqın mübarizəsi haqqında məlumat verib. O, 20 yanvar günü milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın silahlı təcavüz nəticəsində qətlə yetirildiyini bildirib.
Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri R.Həsənov 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Vətən uğrunda canlarından keçən oğul, qızlarımızın qəhrəmanlığından danışıb.
Qeyd edək ki, tədbir ADNSU-da təhsil alan əcnəbi tələbələri 20 Yanvar faciəsi haqqında məlumatlandırmaq məqsədilə təşkil olunub.
     


Tarix: 18-01-2018, 10:06

Xəbəri paylaş