Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-nun professoru beynəlxalq konfransda onlayn rejimdə iştirak edib

 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev dekabrın 7-9-da Rusiyanın Başkir Dövlət Universitetinin Sterlitamak Filialında keçirilən “Mathematical Modeling of Processes and Systems” VII beynəlxalq gənc elmi-praktiki konfransında onlayn rejimdə iştirak edib. Dekabrın 9-da professor A.Əliyev konfransın plenar iclasında “Solvability of boundary-value problem with a bounded operator in boundary conditions for a class of elliptic operator-differential equations” mövzusunda onlayn rejimdə məruzə ilə çıxış edib. Konfransın sonunda bu məruzə Başkir Dövlət Universitetinin rəhbərliyi və konfransın Proqram və Təşkilat komitələri tərəfindən ən yaxşı məruzə olaraq qəbul edilib.
Qeyd edək ki, Araz Əliyev məruzəsini doktorantı Elvin Rzayevlə birgə hazırlayıb. Məruzə olunan elmi işlər iki hissəli konfrans materiallarında çap olunub. Professor Araz Əliyevin Elvin Rzayevlə hazırladığı 6 səhifəlik məqaləsi də konfrans materiallarının birinci hissəsində öz əksini tapıb.
  Başkir Dövlət Universitetinin rəhbərliyi və “Mathematical Modeling of Processes and Systems” VII beynəlxalq gənc elmi-praktiki konfransının Proqram və Təşkilat komitələri tərəfindən professor Araz Əliyevin konfransda edilən çıxışı ilə bağlı ADNSU-nun rektoru, professor Mustafa Babanlının ünvanına Təşəkkür Məktubu göndərilib.


Tarix: 10-01-2018, 10:40

Xəbəri paylaş