Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Gənc istedadlar” liseyinin şagirdləri sertifikatlara layiq görülüb

 

Bakı Xətai Sənət Mərkəzi V Beynəlxalq “Sülh İstəyirik” Festivalı çərçivəsində növbəti rəsm sərgi müsabiqəsi keçirib. Dünyada sülhün, əmin-amanlığın, sabitliyin, humanizmin, tolerantlığın, xeyirxahlığın təbliğinə həsr edilmiş rəsm sərgi müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, “Uluslararası Yalnızca Barışa Tarafız” Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Sərgidə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin şagirdləri də iştirak edib. Əsasən akvarel, quaş və taxta üzərində yandırma rəsm işləri nümayiş etdirilib. Sərgidə iştirak edən şagirdlərə sertifikatlar təqdim edilib. Liseyin direktoru, professor Qasım Hüseynov şagirdləri və onların müəllimi Türkan Abdullayevanı təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 28 dekabr 2017-ci il.


Tarix: 29-12-2017, 10:20

Xəbəri paylaş