Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dünya azərbaycanlılarının sıx birləşməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub

 
Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov həmrəylik gününün əhəmiyyətindən danışıb, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu söyləyib. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələrindən söz açan X.Yahudov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. X.Yahudov ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyini söyləyib, xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.
AzTU-nun Maşınqayıtma fakültəsinin dekanı Ərəstun Məmmədov regiondakı geosiyasi vəziyyətdən danışıb, mənfur qonşularımızın bizə qarşı antitəbliğat kampaniyalarına tutarlı cavab vermək üçün həmrəyliyin çox önəmli olduğunu bildirib. O, tələbələrə Vətənə sadiq, layiqli vətəndaş olmağı tövsiyə edib.
Universitetin Radiotexnika və rabitə fakültəsinin tələbəsi Elnarə Əkbərzadə isə çıxışında bildirib ki, Azərbaycan gəncləri ölkəmizin daha da güclənməsi üçün həmrəylik misiyasını layiqlə davam etdirirlər.
Tədbirdə universitetin ictimai işlərində fəallıq göstərən tələbələrə sertifikat və hədiyyələr verilib.
Sonda tələbələrin hazırladıqları maraqlı ədəbi-bədii kompozisiya təqdim olunub.
   


Tarix: 29-12-2017, 10:12

Xəbəri paylaş