Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanın dünyaca məhşur idmançıları ilə AzTU tələbələrinin görüşü keçirilib

 
 Dekabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanın dünyaca məhşur idmançıları ilə tələbələrin görüşü keçirilib.
İdmançıları əvvəlcə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qəbul edib, onların nailiyyətləri ilə hər bir azərbaycanlı kimi fəxr etdiyini bildirib. Rektor əvəzi prezident İlham Əliyevin göstərişi ilə universitetin yeni təmir olunmuş idman sarayından söz açaraq qeyd edib ki, AzTU-nun idmançı tələbələri hər zaman bayrağımızı yüksəklərə ucaldıblar, ölkəmizi layiqincə təmsil ediblər.
Sonra idmançılar rəhbərliklə birlikdə AzTU-nun Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, eləcə də Onun Azərbaycan Texniki Universitetinə səfərini, universitetin gücləndirilməsi üçün gördüyü işləri əks etdirən foto stendlərlərə tanış olublar.
Universitetin akt zalında davam edən görüşdə tələbələr idmançıları alqışlarla və sevinclə qarşılayıblar.
Dünyaca məşhur idmançılarımızı tələbələrə təqdim edən AzTU-nun prorektoru İsa Xəlilov idmanın inkişafına dövlət qayğısından danışıb və Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını qeyd edib. Prorektor görüşdə iştirak edən idmançıların nailiyyətlərindən danışaraq, onların Azərbaycanın fəxri olduqlarını, Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırdıqların bildirib.
Daha sonra görüşdə iştirak edən idmançılarımızdan- Parolimpiya oyunları üzrə 2 qat dünya çempionu İlham Zəkiyev, Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Cu-çitso Federasiyasının vitse-prezidenti Seymur Səfərov, Dünya və Avropa çempionu Rəsul Çunayev, 3 qat dünya çempionu Hacı Əliyev, Dünya və Avropa çempionu, I Avropa Oyunları çempionu Cəbrayıl Həsənov, 2 qat Azərbaycan çempionu Kamran Şahsuvarlı çıxışlarında çətinliklə əldə olunan nailiyyətlərindən danışıblar. Sonda isə onların tələbələrlə görüşünə şərait yaradan AzTU rəhbərliyinə təşəkkür ediblər.
  Görüşün sonunda idmançılar tələbələri maraqlandıran sualları cavablandırıblar.


Tarix: 22-12-2017, 11:25

Xəbəri paylaş