Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

UFAZ tələbələri Yeni il münasibətilə konsert poqramı ilə çıxış ediblər

 

Dekabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) qarşıdan gələn Yeni 2018-ci il münasibəti ilə “UFAZ-ın səsləri” adlı konsert proqramı keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez və digər tamaşaçılar tələbələrin çıxışlarını böyük maraqla izləyiblər.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Payen qonaqları salamladıqdan sonra, UFAZ-ın Geofizika mühəndisliyi üzrə təhsil alan tələbəsi və gecənin aparıcısı Zara Hacızadə (həmçinin Neft Mühəndisləri Cəmiyyətinin fəal üzvü), Sənan Nəcəfov (Kompüter elmləri ixtisası) və Aynur Cərrahovanın (Neft-qaz mühəndisliyi ixtisası) ifasında ilk solonu təqdim edib.
Məşhur “Hallelujah” mahnısının sədaları altında zalda işıqların söndürülməsi, qonaqların mobil telefonlarındakı fənərləri yandırması zalda xüsusi ab-hava yaradıb. Sonra fransız liseyinin direktoru Filip Sironun rəhbərlik etdiyi UFAZ-ın xor ansamblı çıxış edib. Xüsusi qonaq və “Filigan” təxəllüsü ilə tanınan fransız musiqiçisi Filip Qanier xor ansamblını gitarada öz ifası ilə müşayiət edib. Sonra isə geofiziklərdən ibarət kvintet skripka, piano və qitarada ifa etdikləri məşhur “Havana” mahnısı ilə qonaqları Kubanın əbədi yayına aparıb.
İlkin Səfərlinin qeyri-adi Bayatı Şıraz və Fikrət Əmirovun “Mən səni araram” improvizasiyası zalda xüsusi ab-hava yaradıb. Konsert Filiganın fərqli musiqi stillərini (Fransanın “La Marseillaise” himnindən tutmuş Azərbaycanın nağara motivlərinə qədər) virtuoz ifası ilə başa çatıb. Konsertdən sonra bütün tələbələr onlara yeni il hədiyyələrini açmaq üçün əsas zalda toplaşıblar.

   


Tarix: 22-12-2017, 11:21

Xəbəri paylaş