Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da “Uğurlu sahibkarlıq fəaliyyəti” mövzuzunda təqdimat keçirilib

 
Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Virciniya Dövlət Universitetinin keçmiş rektoru Keit T. Miller tərəfindən “Uğurlu sahibkarlıq fəaliyyəti” mövzusunda təqdimat keçirilib.
Tədbirdə ADNSU-nun Elm və texnika üzrə prorektoru, g.m.e.d. Rauf Əliyarov, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə, şirkət rəhbərləri və gənc sahibkarlar iştirak edib. Biznesin düzgün qurulması, idarə olunması, Startap ideyalarının biznes inkubatorlarına çevrilməsi, eləcə də uğurlu biznes fəaliyyətinin əsas xüsusiyyətləti və tanınmış şirkətlərin biznes strategiyasından danışılıb. ADNSU-da Startap layihələrinin perspektivlərinə toxunan Keit T.Miller gənc biznesmenlərə və öz biznesini qurmaq istəyən startapçılara tövsiyələrini verib.
Sonra Keit.T.Miller tələbələr üçün uğurlu karyera və biznes imkanları haqqında geniş təqdimatla çıxış edib, onların suallarını cavablandırıb.


Tarix: 22-12-2017, 11:19

Xəbəri paylaş