Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Amerikalı alim UFAZ tələbələrinə uğurlu sahibkarlıq haqda mühazirə oxuyub

 

Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ABŞ-ın Virciniya Dövlət Universitetinin keçmiş rektoru və Pensilvaniya ştatının Lock Haven Universitetinin fəxri rektoru Keit T. Miller ilə görüş keçirilib. 
Qonaq hər zaman aktual olan uğurlu sahibkarlığın və dəyişimin önəmindən danışıb. Virciniya və Pensilvaniya ştatlarının ali məktəblərinə rəhbərlik etməklə yanaşı, Dr. Keit Miller həm də Amerika Dövlət Kollec və Universitetlər İttifaqı (AASCU) kimi təşkilatlarda işləyib. Hazırda o AASCU Peşəkar İnkişaf üzrə Penson Mərkəzində işləyir.
Öz mühazirəsində Miller əsasən həyat və işdə dəyişimin vacibliyindən danışıb. “Siz tapşırıqları yönəltməyi öyrənməlisiniz. İnsanlara stimul verməyi, işçilərinizə doğru qərarlar qəbul etməyə imkan verməyi öyrənməlisiniz, xüsusilə də əgər böyük şirkətdə işləyir və böyük komandaya rəhbərlik edirsinizsə. Dəyişim çox yaxşıdır. Dəyişim önəmlidir. Lakin əgər şirkətləri idarə edirsinizsə siz öz komanda yoldaşlarınıza stimul verməlisiniz. Bu zəruridir. Mükafat zəruridir. Ağıllı insanların sizə işləməsi üçün onları düzgün mükafatlandırmağı bacarmalısınız” – deyə Miller qeyd edib.
     


Tarix: 22-12-2017, 11:12

Xəbəri paylaş