Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da “Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə gənclərin baxış prizmasında” mövzusunda konfrans


Bakı Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi və BDU Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Həyat fəaliyyətinin təhlükəsizliyi tələbə gənclərin baxış prizmasında” mövzusunda konfrans keçirilib. BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov ölkəmizdə fövqəladə halların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, bu cür konfransların gənclərin maarifləndirilməsində əhəmiyyətini vurğulayıb. 
ATGTİ sədri Pərviz Mirələmli isə silsilə xarakteri daşıyan bu konfransların fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında səmərəli nəticələrə yol açdığını vurğulayıb. 
Daha sonra müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin mövzu ətrafında mühazirələri dinlənilib. Tədbirin sonunda FHN Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov nazirlik tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib, gənclərin təhlükəsizliyinin təminatının dövlət siyasətinin prioritet istiqaməti olduğunu bildirib. 
Qeyd edək ki, konfransın keçirilməsində məqsəd yetişməkdə olan nəslin - gənc müəllim və tələbələrin həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərinə baxışları ilə tanış olmaq, bu sahədə  problem və perspektivləri müzakirə etməkdir. 
Konfrans zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, məruzəçilər sertifikatlarla təltif olunublar.
 


Tarix: 8-12-2022, 19:15

Xəbəri paylaş