Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Xalq şairi “Məktəbdə...”

“Məktəbdə...” layihəsində növbəti görüş Bakı şəhəri 244 nömrəli tam orta məktəbdə keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı olub. 
Görüşdə Sabir Rüstəmxanlı özünün məktəb illəri, gənclik, tələbəlik dövrü ilə bağlı xatirələrini bölüşüb, həyat yolunun maraqlı məqamlarından söz açıb. Azərbaycanın milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqamətindəki çoxşaxəli fəaliyyətindən, Qarabağda qazanılan möhtəşəm Zəfərin yaradıcılığına təsirindən, bir xalq, millət üçün həmrəyliyin önəmindən danışan S.Rüstəmxanlı şagirdlərin suallarını cavablandırıb. 
Məktəblilərlə görüşdə qonaq qismində yazıçı Seyran Səxavət də iştirak edib.
 Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.






Tarix: 7-12-2022, 18:30

Xəbəri paylaş