Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

MEK beynəlxalq elektron məlumat bazaları ilə əməkdaşlıq edəcək


Beynəlxalq elektron məlumat bazaları olan “WILEY Education Services” və “AMBOSS GmbH”un idarə heyəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarının onlayn görüşü olub.
Bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, görüşdə sözügedən verilənlər bazası ilə tərəfdaşlıq məsələləri müzakirə edilib, “AMBOSS GmbH” ilə biraylıq, “WILEY Education Services” ilə üçaylıq sınaq müddətində abunəliyin təminatına dair razılığa gəlinib.
 Qeyd edək ki, “AMBOSS GmbH” həkimlər üçün işlənib hazırlanmış müxtəlif komponentləri olan rəqəmsal resursdur. Burada 20 mindən çox tibbi mövzudan ibarət interaktiv kitabxana və 6 mindən çox klinik vəziyyətə əsaslanan bir-biri ilə əlaqəli “sual bankı” mövcuddur. Proqram, həmçinin ali tibbi təhsilin rezidentura pilləsində olan tələbələr, gənc həkimlər, köməkçilər üçün faydalı hazırlıq və davamlı öyrənmə vasitəsidir. “WILEY Education Services” isə 70-dən çox universiteti və 800-dən artıq dərəcə proqramlarını dəstəkləyən texnologiyaya əsaslanan təhsil həllərinin aparıcı, qlobal təchizatçısıdır. 


Tarix: 7-12-2022, 17:30

Xəbəri paylaş