Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“STEAM dərslərində Minecraftdan istifadə” layihəsi

Məlumdur ki,  qloballaşma şəraitində  müasir bacarıq və səriştələrə malik təhsilalanların yetişdirilməsi təhsil sistemləri qarşısında duran mühüm vəzifələrdən biridir.  XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu ixtiraları yaradanlar isə müasir təhsil modellərinin yetişdirdiyi insanlardır. Bu baxımdan da günün məzunu müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunların proritetlitet məsələ olduğu nəzə alınaraq ölkə üzrə ümumtəhsil məktəblərində STEAM layihəsinə start verilmişdir. 
Layihənin keçirilməsində əsas məqsəd respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını-kreativlik,  əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. STEAM metodologiyalarının əsasında duran layihə əsaslı öyrənmə (PBL), təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif  həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.
 STEAM təhsil metodu şagirdlərə beş sahənin - elm (science), texnologiya (technology), mühəndislik (engineering), incəsənət (art) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədir, real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM layihəsi şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.
Şagirdlərin komanda şəklində işləməsi də əsas prinsiplərdəndir. Çünki bu layihə əsaslı öyrənmədir. Məsələn, riyaziyyatı daha yaxşı bilən şagird istehsalın riyazi tərəflərini analiz edirsə, rəsm bacarığı olan digər şagird isə onun dizayn işini görür. Beləliklə, komanda şəklində görülən iş sayəsində mükəmməl nəticə ortaya çıxır. Bu, həm də fənlərarası inteqrasiyanı ön plana çıxarır.
STEAM dərslərində oyun əsaslı öyrənmələrdən biri də Minecraft oyunudur.Belə ki, bu resurs oynanılarkən uşaqlarda alqoritmik,proramlaşma və kodlaşma bacarıqları formalaşır.
Şagirdlər oyun zamanı müstəqil olaraq müxtəlif problemlərin həlli üçün strategiyalar hazırlamalı olurlar ki, bu da öz növbəsində onlarda qərarları üzərində düşünməyi və düzgün seçimlər etməyi öyrədir. Şagirdlər platforma vasitəsi ilə müxtəlif fənlər üzrə öz oyunlarını yaradır, yaratdıqları oyunlar üzrə sinif yoldaşları ilə əməkdaşlıq edə bilir və interaktiv təhsil mühitində birləşirlər.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalib layihələrindən biri olan "STEAM dərslərində Minecraftdan" istifadə layihəsi 15.09.2022-ci il tarixində Bakı şəhər 209  saylı tam orta məktəbində icra olunmağa başlayamışdır. Layihənin rəhbəri Kamal Məmmədov adına 209 nömrəli tam orta məktəbin direktoru Səbahət Ağayeva, təlimçisi Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, MIE trainer, MIE ekspert Təranə Nuriyeva, eksperti isə R.M.Sadıqov adına  136 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əli Mehdiyevdir.

Təranə Nuriyeva,

Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, MIE ekspert 


Tarix: 7-12-2022, 21:08

Xəbəri paylaş