Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da ötən illərin məzunları ilə görüş keçirilib







İyulun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ötən illərin məzunları ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, hökumət və ictimaiyyət nümayəndələri, universitetin professor-müəllim heyəti, həmçinin ADNSU-nun keçmiş və indiki məzunları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın, o cümlədən ADNSU-nun 23 nəfər şəhid məzununun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan rektor, professor Mustafa Babanlı 2021/2022-ci tədris ilində görülən işlərlə bağlı hesabatla çıxış edib. ADNSU-da tədris prosesi, pandemiyadan sonrakı dövrdə tələbələrin yenidən ənənəvi tədrisə cəlb olunması, dövlət və özəl müəssisələrlə əməkdaşlıq və univeristetdə görülən işlərlə bağlı tədbir iştirakçılarına məlumat verib. Universitetdə gənclərin tədrislə yanaşı, ictimai fəallığının artırılması üçün geniş imkanlar yaradıldığını qeyd edən rektor M.Babanlı ADNSU-nun tələbələrinin qazandıqları bilik və təcrübə sayəsində dünyanın bir sıra aparıcı univeristetlərində təhsillərini davam etdirdiyini, bir sıra yerli və beynəlxalq şirkətlərdə çalışdıqlarını deyib.
Görüşdə çıxış edən ADNSU məzunları, AMEA-nın prezidenti vəzifəsini icra edən professor Arif Həşimov, “Azəriqaz” İstehsalat birliyinin (İB) Baş direktoru Ruslan Əliyev, General-mayor Pənah Süleymanov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Metropoliteni QSC-nin Baş mühəndisi Əlixan Osmanov və digər qonaqlar Azİİ ilə bağlı xatirələrini bölüşüb, ADNSU-da tədris prosesi və görülən işləri yüksək qiymətləndirdiklərini bildirib və hər il belə bir tədbirin keçirilməsinə görə ADNSU-nun rektoru, professor Mustafa Babanlıya öz təşəkkürlərini bildiriblər.
Tədbir konsert proqramı ilə davam edib.