Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz uğurla çıxış edib

                                                                                                    
28 iyun – 3 iyul tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib.
 
Sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 2 gümüş, 3 bürünc medal qazanıblar. Belə ki , Türkiyə Dəyanət  Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Saleh Məmmədli və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Səid Bəkirov gümüş,  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi İbrahim Kərimli, Türkiyə Dəyanət  Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Telman Məmmədov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin IX sinif şagirdi Mirhəbib Əsgərov bürünc medal qazanıb. 
 
Qeyd edək ki, şagirdlərimiz Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında 2010-cu ildən iştirak edir.  Bu günə kimi 3 qızıl, 21 gümüş, 25 bürünc olmaqla,  ümumilikdə 49 medal əldə edilib.


Tarix: 4-07-2022, 21:30

Xəbəri paylaş