Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

SABAH qruplarına müəllim seçimi başlayıb


Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu davam edir.

Namizədlər 16 yanvar saat 00:00-dək müraciət edə bilərlər. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.
Hər bir namizəd ən çox 2 fənn üzrə müraciət edə bilər.

Qeyd edək ki, müsabiqə barədə ətraflı məlumatı bu linkə https://bit.ly/3eQP2cW  daxil olaraq əldə edə bilərsiniz.


Tarix: 4-01-2022, 19:00

Xəbəri paylaş