Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU ilə Beynəlxalq Ekoenergetika Akademiyası arasında memorandum imzalanıb



ADNSU ilə Beynəlxalq Ekoenergetika Akademiyası arasında memorandum imzalanıbSentyabrın 17-də Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev və akademiyanın bir neçə əməkdaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. Görüş zamanı rektor Mustafa Babanlı son illər ərzində ADNSU-nun əldə etdiyi uğurlar, çətinliklər və qarşıda duran vəzifələr barədə qonaqlara məlumat verib. Bildirib ki, qarşılıqlı fikir mübadilələri onu göstərir ki, Beynəlxalq Ekoenergetika Akademiyası ilə əmakdaşlıq həm universitet, həm də akademiya üçün müsbət nəticələr verəcək.
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev ADNSU-nun ölkədə mühəndis kadrlarının hazırlanmasındakı və texniki elmin inkişafındakı müstəsna rolunu vurğulayaraq qocaman ali məktəbin əvvəlki şöhrətini özünə qaytarmasından böyük qürur hissi keçirdiyini bildirib. Bundan sonra ADNSU ilə əməkdaşlığın onlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. İkitərəfli qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunduqdan sonra akademiya ilə universitet arasında Əməkdaşlıq memorandumu imzalanıb.
Görüş zamanı həmçinin, ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayeva professor Fəqan Əliyev tərəfindən Beynəlxalq Ekoenergetika Akademiyasının texnika elmləri üzrə “Fəxri professor” diplomu verilib.


Tarix: 17-09-2021, 20:48

Xəbəri paylaş