Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan və Türkiyənin təhsil nazirləri STEAM Mərkəzinin açılışında






Təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukla birlikdə Quba şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak ediblər.
 
Açılış mərasimindən sonra nazirlər mərkəzdə yaradılan şəraitlə tanış olublar. Emin Əmrullayev türkiyəli həmkarına ölkəmizin ümumi təhsil müəssisələrində icra olunan "STEAM Azərbaycan" layihəsi barədə ətraflı məlumat verib.
 
Daha sonra ölkəmizin təhsil ictimaiyyəti və ekspertlərin iştirakı ilə “Açıq dərs” təşkil olunub. 

Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə start götürüb. Təhsil naziri Emin Əmrullayev və milli təhsil naziri Ziya Selçuk təhsil sahəsinin inkişafı ilə bağlı fikirlərini bölüşüb, gənclərə öz tövsiyələrini veriblər. Hər iki nazir ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.