Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BMU-da buraxılış işlərinin onlayn müdafiəsi keçirilib

 

Bakı Mühəndislik Universitetinin (BMU) riyaziyyat kafedrasında buraxılış işlərinin onlayn müdafiəsi keçirilib.  
 
Universitetdən bildirilib ki, müdafiə prosesində iştirak edən BMU-nun rektoru, professor Havar Məmmədov tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib. O, tələbələrin fikirlərini ingilis dilində səlis və çox dolğun şəkildə izah etmələrini yüksək qiymətləndirib.
 
Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat kafedrasının dosenti Feyruz Həsənovun sədrliyi ilə keçirilən müdafiə prosesində iştirak edən 8 nəfər tələbə əhatəli, eyni zamanda dolğun yazdıqları buraxılış işlərini müdafiə ediblər. Komissiya sədri və üzvlərinin suallarını ətraflı cavablandıran tələbələr yüksək nəticələr qazanıblar.
 
Müdafiə prosesində BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov, pedaqoji fakültənin tədris işləri üzrə dekan müavini Seyran Qayıbov, riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev və kafedranın  müəllimləri iştirak ediblər.
 
Məlumat üçün bildirək ki, bu il BMU-da bakalavriat səviyyəsi üzrə 709 tələbənin yekun attestasiyası Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında aparılacaq. 61 tələbə isə öz arzusuna uyğun olaraq onlayn dövlət imtahanında iştirak edəcək. 25 bakalavr üçün buraxılış işlərinin onlayn müdafiəsi keçiriləcək.  Magistratura səviyyəsində isə 129 magistrantın onlayn dissertasiya işinin müdafiəsi nəzərdə tutulur.шаблоны для dle 11.2